24-07-2025, 16:00 0 Dünya

Tailandın Baş naziri vəzifəsindən uzaqlaşdırıldı – “Əxlaqi araşdırma” qalmaqalı

Tailandın Baş naziri vəzifəsindən uzaqlaşdırıldı – “Əxlaqi araşdırma” qalmaqalı
Tailand Konstitusiya Məhkəməsi Baş nazir Pxetxongtxan Çinnavatı vəzifəsindən müvəqqəti uzaqlaşdırıb. Səbəb – onun Kambocanın sabiq baş naziri Hun Sen ilə telefon danışığında "həddindən artıq hörmətkar" davranması və Tayland ordusunun regional komandanını "rəqib" adlandırması olub.

Danışıq ölkələr arasında sərhəd mübahisəsi fonunda baş verib və ictimaiyyətə sızıb. Çinnavat Hun Senə “dayı” deyə müraciət edib və ordunun fikirlərinə əhəmiyyət verməməyi tövsiyə edib. Bu, ölkədə siyasi qalmaqala və etirazlara səbəb olub.

Məhkəmə Çinnavata 15 gün vaxt verib ki, öz müdafiəsini əsaslandırsın. Onun vəzifəsini müvəqqəti olaraq Suriya Cuŋruruanqkit icra edir.

Qeyd edək ki, o, ailəsində baş nazir vəzifəsini tutan üçüncü şəxsdir və hər üçü də müddəti başa çatmamış işdən uzaqlaşdırılıb. Hazırda onun barəsində məlumat sızmasına görə ayrıca istintaq da aparılır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: