Bu gün, 09:00 0 Dünya

İran səmaları yenidən açıldı – Hava limanları tam gücü ilə işə qayıtdı

İran səmaları yenidən açıldı – Hava limanları tam gücü ilə işə qayıtdı
İran öz hava məkanını açıb və əksər hava limanlarının fəaliyyətini yenidən bərpa edib. Bu barədə İslam Respublikası Vətəndaş Aviasiyası Təşkilatı məlumat verib, xəbər agentliyi Mehr bildirir.

“Mehrabad hava limanı, İmam Xomeyni adına hava limanı, eləcə də ölkənin şimal, şərq, qərb və cənub hava limanları yenidən fəaliyyətə başlayıb və tam xidmət göstərməyə hazırdır”, – bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, daxili və beynəlxalq reyslər İslam Respublikasının bütün hava limanlarında — İsfahan və Təbriz hava limanları istisna olmaqla — saat 05:00-dan 18:00-dək həyata keçiriləcək.

Ötən gün İran Yol və Şəhər İnkişafı Nazirliyinin rəsmi nümayəndəsi Macid Əhavan bildirib ki, ölkə beynəlxalq tranzit reyslər üçün hava məkanını bağlayıb.

İyun ayının sonunda İran beynəlxalq reyslərə ölkənin mərkəzi hissəsinin üzərindən və qismən qərb bölgələri üzərindən hava məkanından istifadə etməyə icazə vermişdi.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: