Dünən, 17:00 0 Dünya

Kremlə və Tehrana Mesaj: Kiyev Avropa ilə sanksiya cəbhəsini birləşdirir

Kremlə və Tehrana Mesaj: Kiyev Avropa ilə sanksiya cəbhəsini birləşdirir
Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bəyan edib ki, Ukrayna İrana qarşı tətbiq edilən Avropa İttifaqının sanksiyalar paketini 100 faiz səviyyəsində sinxronlaşdıracaq.

“Bizim dövlət institutlarımız artıq Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının qərarını yerinə yetirməyə başlayıb. Söhbət Avropa İttifaqının sanksiyalarının Ukrayna sanksiyaları ilə tam uyğunlaşdırılmasından gedir,” – deyə o bildirib.

Prezident qeyd edib ki, artıq Avropa İttifaqının 13-cü və 14-cü sanksiyalar paketləri Ukrayna ilə tam sinxronlaşdırılıb və bu addımlar bu gün rəsmi olaraq təsdiqlənib.

Zelenskinin sözlərinə görə, İrana qarşı sanksiyalar yalnız hərbi istehsal və regionda terror fəaliyyətinə dəstək deyil, eyni zamanda ölkə daxilindəki repressiyalarla da bağlıdır:

“Bu, dünyanın ən qəddar rejimlərindən biridir. Ona görə də Putinin bu rejimlə ortaq dil tapması heç də təəccüblü deyil,” – deyə o vurğulayıb.

Prezident əlavə edib ki, Ukrayna bütün institutlardan bu istiqamətdə sürətli fəaliyyət gözləyir. Onun fikrincə, sanksiyalar hazırda Rusiyaya qarşı mübarizədə əsas prioritetlərdən biri olmalıdır:

“Sanksiyalar Rusiya Federasiyasının strateji inkişaf imkanlarını məhdudlaşdıran yeganə real vasitədir. Onlar hər keçən gün Rusiyanın müharibəni davam etdirmək qabiliyyətini daha ağrılı şəkildə zəiflətməlidir.”

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: