Fransada “Telegram”da qanlı xidmət: “UberKills” sifarişli qətllərə vasitəçilik edir

Fransada “Telegram” messencerində “UberKills” adlı gizli sifarişli qətl xidməti ortaya çıxıb. “Le Monde” qəzetinin yaydığı məlumata görə, bu qanunsuz platforma artıq ən azı bir dəfə ölümcül cinayətə vasitəçilik edib. Cari ilin aprelində ölkənin şərqindəki Vol-an-Velen şəhərində narkotik alverçisi Abdel Hakim B. başından atəş açılaraq qətlə yetirilib.
Eyni zamanda, “UberKills”dən fərqli olaraq, “UberShit” adlı başqa bir xidmət də fəaliyyət göstərir — bu, narkotiklərin qida çatdırılması adı altında gizli şəkildə daşınmasını təmin edir. Lyon polisi bu yeni tendensiyanı “cinayətin uberizasiyası” adlandıraraq ciddi narahatlıq ifadə edib.
Bundan əvvəl Fransada keçirilən küçə musiqisi festivalında 145 yeniyetməyə içərisində naməlum maddə olan şprislər vurulub və nəticədə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 09:30
Avstriya NATO-ya qoşulmaq niyyətində deyil
İdman
Dünən, 19:30
Azərbaycanın cüdo millisi Gürcüstanı məğlub edib
Maraqlı
Dünən, 18:30
Nifrət şərhləri ilə necə mübarizə aparmalı?
Dünya
Dünən, 17:30
Ərdoğan Ukrayna üzrə vasitəçilik rolunu vurğuladı
Populyar Xəbərlər