Mersə qarşı İsraili dəstəklədiyinə görə prokurorluğa şikayət verildi

Təxminən 20 alman siyasətçi və mədəniyyət nümayəndəsi Almaniya kansleri Fridrix Mers barəsində Baş Prokurorluğa və Berlin Prokurorluğuna rəsmi müraciət ünvanlayıblar. Səbəb – Mersin İsrailin İrana qarşı hərbi əməliyyatlarına açıq dəstək verməsidir.
Bu barədə Berliner Zeitung nəşri məlumat yayıb.
Müraciəti imzalayanlar arasında rəssamlar, musiqiçilər, komediyaçılar, tanınmış publisist Patrik Baab, eləcə də “Sara Vagenknext İttifaqı – Ağıl və Ədalət naminə” (BSW) partiyasının siyasətçiləri, o cümlədən Avropa Parlamentinin üzvü Mixael fon der Şulenburq yer alır. Onlar kanslerin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Müraciət müəllifləri bildirirlər ki, Mers Almaniya Konstitusiyasında təsbit olunmuş “beynəlxalq anlaşma” və “sülh prinsiplərini” pozub.
Sənəddə vurğulanır ki, Mers İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərini sitat gətirib – guya İsrail “İranda nüvə silahının yaradılmasının qarşısını alıb.” Lakin qeyd olunur ki, ABŞ kəşfiyyatı İranda aktiv nüvə proqramının olmadığını bildirib.
“Netanyahu artıq 2002-ci ildən bəri – yəni 20 ildən çoxdur – İranın nüvə bombası yaratmağa yaxın olduğunu deyir,” – deyə sənəddə xatırladılır.
Bundan əlavə, sənəddə Mersin bəzi ifadələrinin nasist terminologiyasını xatırlatdığı da qeyd olunub. İddia edilir ki, o, SS zabiti Auqust Höfnerin sözlərinə bənzər leksikadan istifadə edib. Höfner Babi Yar qətliamında iştirak etmiş və həmin vəhşilikləri “çirkli iş” adlandırmışdı – bu ifadə ilə Mersin bəyanatları arasında paralellik qurulub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 14:43
Anoreksiya xəstəliyinin müalicəsi yoxdurmu?
Dünya
Bu gün, 14:34
İsraildən İrana sarsıdıcı zərbə - VİDEO
Dünya
Bu gün, 13:00
Fordo alov içində - ABŞ-dan İrana raket yağışı
Siyasət
Bu gün, 12:45
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Populyar Xəbərlər
Tehranı nə gözləyir? 15 milyonluq şəhərdən kütləvi çıxış başlayıb? - VİDEO
“İran dərhal təslim olmalıdır” – Tramp G7-ni yarımçıq qoydu
İsrail Prezidentindən İran lideri ilə bağlı şərh
Vaşinqton məsuliyyət daşıyırmı? Pəzeşkiyan ABŞ-ı İrana qarşı hücumlarda ittiham edir
İsrailin İran planı təkcə günlər yox, həftələrlə davam edə bilər – CNN xəbər verir
“Aclıq silaha çevrilir, Yaxın Şərq yanır” – Sandersdən həyəcan təbili