Rusiyadan dünyanı sarsıdan iddia: Kiyev ölü əsgərlərini geri almır

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada Ukrayna rəhbərliyinin döyüşlərdə həlak olan əsgərlərinin cənazələrini qəbul etməkdən imtina etdiyini iddia edib.
Medvedev bu vəziyyətin arxasında Kiyevin həm əsl itki sayını gizlətmək qorxusunun, həm də həlak olmuş əsgərlərin dul həyat yoldaşlarına təzminat ödəməkdən yayınmaq niyyətinin dayandığını bildirib.
Rusiya Təhlükəsizlik Şurasında ikinci ən yüksək vəzifəli şəxs olan Medvedev, sosial media platforması X üzərindən paylaşımında Kiyev rəhbərliyinin 6 min əsgərin cənazəsini qəbul etməkdən yayındığını qeyd edib. O, ittihamını belə sərt ifadələrlə ifadə edib: “Kiyevdəki alçaqlar ölmüş əsgərlərinin meyitlərini geri almaq istəmirlər. Bunun iki səbəbi var: 6 min nəfərin həlak olduğunu etiraf etmək qorxuludur və dul qadınlara təzminat ödəmək istəmirlər.”
Daha əvvəl də oxşar hal gündəmə gəlmişdi. İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfinin bir qərara gəldiyini açıqlamışdı. Medinski bildirib ki, Kiyev hərbi cənazələrin qəbulunu və əsir mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb və bu qərar danışıqlarda əldə olunmuş razılaşmaya ziddir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Londonda etiraz aksiyasında 890 nəfər saxlanılıb
Şou-biznes
Dünən, 19:00
Reper Timati axtarışa verilib
Maraqlı
Dünən, 18:00
Rəhbərlər, həkimlər, işsizlər… Araşdırma xəyanətin gizli səbəblərini üzə çıxardı
Sağlamlıq
Dünən, 17:30
Gecə qəlyanaltısı üçün ən yaxşı seçim nədir?
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə