29-05-2025, 09:30 0 Dünya

Hindistanda COVID-19 yenidən baş qaldırır

Hindistanda COVID-19 yenidən baş qaldırır
Hindistanda koronavirus infeksiyası sakitliyi pozaraq yenidən gündəmə gəlib. Aktiv yoluxanların sayı artıq 1,010 nəfərə çatıb, ən çox yoluxma isə Kerala ştatında qeydə alınıb. Mütəxəssislər yeni alt variantlar — NB.1.8.1 və LF.7 — haqqında xəbərdarlıq edirlər. Bu versiyaların yoluxuculuğu yüksək ola bilər.

Amma sevindirici hal odur ki, həkimlərin sözlərinə görə, simptomlar əsasən yüngüldür və ağırlaşmalar az müşahidə olunur.

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) yeni ştamları diqqətlə izləyir və hələlik təhlükəli tendensiya qeydə alınmayıb.

Sakinlərə panikaya düşməməyi, amma gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: