Bu gün, 19:00 0 Dünya

Fransa narkobaronları cəngəlliyə sürgün edir!

Fransa narkobaronları cəngəlliyə sürgün edir!
Fransa ən təhlükəli narkobaronları və radikal islamçıları cəngəlliyə göndərmək niyyətindədir! Ədliyyə naziri Jerald Darmanen bəyan edib ki, Fransız Qvianasındakı Sen-Loran-dü-Maronidə, yol infrastrukturlarından uzaq bir ərazidə yeni yüksək təhlükəsizlikli həbsxana tikiləcək. Məqsəd: ən təhlükəli cinayətkarları sistemdən tamamilə çıxarmaq.

Nazir bildirib ki, bəzi məhbuslar adi həbsxanalardan belə cinayət şəbəkələrini idarə etməyə davam edirlər. Bu cəzaçəkmə müəssisəsi 2028-ci ildə açılacaq və 400 milyon avroya başa gələcək.

Lakin layihə tənqidlərə səbəb olub. Yerli deputatlar təhlükəsizlik risklərinə və bölgədəki səhiyyə ehtiyaclarına diqqət çəkərək bu vəsaitin daha faydalı sahələrə yönəldilməsini tələb edirlər.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: