Dünən, 19:30 0 Dünya

"ABŞ vasitəçiliyi davam edir?" – Kreml mövqeyini açıqladı

"ABŞ vasitəçiliyi davam edir?" – Kreml mövqeyini açıqladı
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli prosesində vasitəçi olaraq qalır.

Onun sözlərinə görə, ABŞ “nəticələrin tezliklə əldə olunmasında” maraqlıdır və ABŞ Prezidenti Donald Tramp da bu barədə danışıb. Rusiya Prezidenti Vladimir Putin də eyni mövqeni bölüşür. Peskov vurğulayıb ki, hər kəs münaqişənin mümkün qədər tez həllini istəyir.

“Biz ilk növbədə bu münaqişənin əsas səbəblərinin aradan qaldırılması yolu ilə tezliklə nizamlanmasında maraqlıyıq. Bu, bütün təkliflərimizin əsasını təşkil edir,” – deyə o qeyd edib.

Kreml nümayəndəsi onu da əlavə edib ki, ABŞ “çox effektiv vasitəçilik xidməti göstərib”. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında əlaqə qurulub və “hazırda birbaşa təmaslar həyata keçirilir”.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: