İraqda Bayat əşirətləri - Dr. Şəmsəddin Kuzəçi
Monqolların Şərqdə yüksəldiyi dönəmdə Bayat əşirətinin İraqa girdiyi irəli sürülməkdədir. Türk tarixində Füzuli kimi şəxsiyyətləri yetişdirən Bayat əşirəti 24 Oğuz boylarından biridir. Bayat əşirəti bir Türk boyu olmasına qarşı 1921-ci ildə qurulan İraq Kraliyyət dövlətinin fərqli dönəmlərində, özəlliklə də “Baas Partiyası” rejimi dönəmində edilən demoqrafik dəyişmələrlə ərəb olaraq göstərilməyə çalışılmışdır. İqtidar basqısından əlavə bir qism siyasi və şəxsi mənfəətlər qapsamında bəzi əşirət liderləri də özlərini ərəb olaraq tanıtmışlar. Bəziləri də Bayat soyadlarını “əl-Bayati” olaraq tanıtmışlar.
Bayat əşirətinin tarixinə obyektiv bir şəkildə baxıldığında bu əşirətin Orta Asiyadan köç edən Türk əşirəti olduğu görülür. Ərəb qaynaqlarında Bayat əşirəti ilk dəfə Kaşğarlı Mahmudun “Divani lüğət-it türk” əsərində keçmişdir. Kaşğarlı Mahmuda görə Oğuz Türkman Bayat boyu 24 əşirətə bölünməkdədir. Oğuz boylarının da hər birisinin bir möhürü vardı. Bu möhürlərlə öz heyvanlarını möhürlərdilər. Kaşğarlı Mahmud “Divani lüğət-it Türk” əsərinin ikinci cildində Bayatın Oğuzxan oğlu Günxanın oğullarından biri olduğunu irəli sürməkdədir.
Bayat əşirətinin İraqa girişi haqqında bir çox yazı yazılmışdır. Bununla bağlı yazılan yazıların ortaq nöqtələrindən biri də Bayat əşirətinin toplu şəkildə bir neçə köç dalğası ilə İraqa yerləşməsidir. Bayat əşirətinin İraqa köç etməsini təmin edən səbəb Xarəzmşahlar dövlətində idarəedici qismi təşkil etmələriydi. Bayat əşirəti Monqolların hücumlarına məruz qalmasıyla ordusu dağılan Xarəzmşahlar dövlətindən Qərbə doğru yönəlmişdi. Bayatlar Xarəzmşahlar dövlətinin ən son hökmdarı olan Cəlaləddin Xarəzmşah ilə qərbə köç etmişdilər. Beləliklə Monqol hücumuyla birlikdə Bayat əşirətinin böyük bir qismi İraqın şimalı ilə cənubuna yerləşmişdilər. Cənubda yaşayan Bayatlar ana dilləri olan türkcəni unutmuş və içində olduqları ərəb toplumuyla birləşmişdilər. Buna qarşı Kərkük ətrafında mövcud olan Bayat əşirəti mənsublarının böyük qismi bugün türkmanca danışmaqdadırlar. Kərkük və ətrafındakı Bayat əşirətlərinin ana dilləri türkcəni bugünə qədər qorumaları bölgədəki digər türkmanlarla qarşılıqlı əlaqədə olmalarından qaynaqlanmışdır. Bayat əşirətinin İraqa etdiyi digər köç dalğaları Monqol istilası və Səlcuqlu dönəmlərində gerçəkləşdiyi fərqli qaynaqlarda yer almaqdadır.
Məşhur iraqlı tarixçi Abbas əl-Azzavi Bayat əşirətinin İraqa girişini bildirməmişdir. Ancaq Bayat əşirətinin çox qədimdən İraqa yerləşdiyini və liderlərinin yüksək statusa sahib olduqlarını bildirməkdədir.
İraqın qədim məşhur din adamı İbrahim Sabğilla Heydəri Bayat əşirətinin Türk olduğunu və IV Murad ilə gəldiklərini söyləməkdədir.Ümumiyyətlə, Türklərin İraqa yerləşməsinin fərqli dalğalarla gerçəkləşməsi çox uzun zaman aralıqlarıyla da həyata keçdiyi söylənməkdədir. Necə ki, bu köçlər 54-447 hicri illəri arasında gerçəkləşmişdir.
Bayat əşirətlərinin də köçləri fərqli zaman aralıqlarıyla digər Türk boylarının axınlarıyla birlikdə gerçəkləşdiyi də söylənə bilər.
İraqdakı Bayatların tarixsəl izlərinə baxıldığında, Səlcuqlu əmirlərindən Ağsunqur ul-Buxarinin Bəsrədəki Naibi Sunqurun “əl-Bayati” ünvanını istifadə etdiyi diqqət çəkir. Ayrıca XII yüzilin sonlarında Bağdadın cənub-şərqindəki Luristan əyalətində bir qalanın Bayat adını daşıdığı bilinir. O tarixdə Bayat Qalasının hakimi bir Türk idi. Bayat Qalasının varlığı Monqol və Osmanlı dönəmlərində bilinməkdədir. Bayat Osmanlı Dövlətinin idari bölgüsündə bir sancağın mərkəzi olmuşdur.
Bayat əşirətinin sayı haqqındakı məlumatlar I Dünya Savaşı sırasında ingilislər tərəfindən hazırlanan bir raportda Kifridən Qaratəpə və Tuzxurmatuya qədər uzanan bölgədə yaşayan Bayat oymaqlarının türkcə və ərəbcə danışdığı, heyvan bəsləyən bu oymaqların saylarının 10.000 ev olduğu bildirilmiş və oymaqlarını bu şəkildə sıralamışdır:
Elbu Əli: rəisləri Abdulsultan: sayları 800 ev.
Əmirli: rəisləri Əl Mahmud: sayları 800 ev.
Bastamlı: rəisləri Əl Mahmud: sayları 100 ev.
Əl Bakır Əhməd: rəisləri Faris Bəy: sayları 100 ev.
Elbu Həsən: rəisləri Molla Muhəmməd və Hüseyn Qədir
Həsən Darliya: rəisləri Muhəmməd Şubat.
Elbu Hüseyn: rəisləri Süleyman Bəg.
Elbu Vəli: rəisləri Həbəş Bəg.
Delavla: Muhəmməd əl-Hassun və Abdulla Bin Sultan Bəg.
Elvizat: rəisləri Casim.
Yengicə: rəisləri Həsən Şebaş
Ayrıca bir çox Bayat əşirəti mənsubları əkin-biçində yağışa dayandıqları üçün digər bölgələrə yayılmışdır. Bol sulu bölgələrə yerləşən bəzi Bayat əşirəti mənsubları o bölgələrdəki insanların mədəniyyəti və dilini mənimsəmişdilər. Beləliklə türkcəni unudan Bayatlar sadəcə soyadlarını qoruya bilmişdilər. Misal üçün Bağdad, Hillə, Kut, Suveyra və İraqın cənubundakı bəzi rayonlarına yayılmışdılar. Ayrıca, Xanəgin, Kenan, Diyala, Ərbil, Hədisə, Rumeylə, Kaim, Samarra, Quşçu, Tikrit, Nəbi Yunus, Hamam Əlil, Mosul, Telafər, Kənəli bölgələrində Bayatlar mövcud olmaqdadır. Buradakı Bayatların 1967-ci il nüfuz sayı statistikaya görə 7 min idi.
Bayat əşirəti arasındakı əşirət dayanışmasının güclü olmasından türkmanca danışanları, özəlliklə də Tuzxurmatu çevrəsində yaşayan xalqın türkmancasının bəzi özəllikləri mövcuddur. Hələ də bu bölgədəki ana dilləri olan türkmancanı istifadə etməkdədirlər. Özəlliklə bu gün Səlahəddin qəzasına bağlı Əmirli qəzası və Əmirliyə bağlı Biravçılı qəsəbəsində yaşayan xalqın dili Azərbaycanda danışılan türkcəyə çox yaxındır.
“Bayat” kəlməsinin anlamı
Bayat kəlməsi tarix kitablarında fərqli mənalarda istifadə olunmuşdur. Bəzilərinə görə Bəyavut qəbiləsi zamanla Bayata dönüşmüşdür. “Şəcərət-üt Türk” kitabında Bayat kəliməsi ululuq, böyüklük anlamında istifadə olunmuşdur. Ayrıca Bayat dövlət sahibi və musiqidə bir məqamın adıdır. Qədimdən Bayat Bağdadın cənubunda Vasıt (Kut-ul İmarə) civarlarındakı bir qalanın adıdır. Həbib Hürmüzlü və Əkrəm Pamukçuya görə, bu anlamların ən üstün olanı isə rifah və zənginlik anlamı olmasıdır.
İraqdakı Bayat əşirətlərinin vəziyyəti:
Bayat əşirəti ən çox qədimdən bütünlüklə Kərkük vilayəti sərhədləri içərisində yaşamaqdaydılar. Səddam Hüseyn dönəmində Kərkükdə Türkman nufuzunu aşağı salmaq niyyətiylə Tuzxurmatu Kərkük vilayətindən alınıb Səlahəddin rayonuna bağlandı. Kifri, Xanagin, Qaratəpə kimi bölgələr də yenə Kərkükdən alınaraq bir bölümü Diyalə, bir bölümü də Süleymaniyə rayonuna ilhaq edildi. Zamanla İraqın fərqli bölgələrinə yerləşmiş olan Bayat əşirətinin bir arada yaşadığı bölgə Həmrin dağlarının ətəyindəki köy və qəsəbələrdir. Hal-hazırda İraqın Bəsrə, Hillə, Kut, Kifri, Diyalə, Samarra, Nəcəf, Kərbala və Bağdad rayonlarında Bayatlı (Bayatı) ailə soyadlarına rast gəlmək mümkündür.
İraqda Bayat əşirətləri şimaldan cənuba doğru İraqın önəmli bölgələrində yaşamaqdadırlar. Bəziləri özlərini ərəb olaraq, bəziləri də türkman sayaraq yaşamaqdadırlar. Biz bu çalışmada İraqda ən çox yerləşən rayonlardakı Bayat əşirətlərini incələyəcəyik.
Səlahəddin vilayətindəki Bayat əşirətləri
Əmirli qəza mərkəzi
Nufüzü təqribən 20.000 civarında olub tamamı Bayat əşirətindəndir. Əmirlidəki Bayat əşirəti öz arasında oymaqlara bölünməkdədir. Oymaq Əmirlidə “Fuxud - ﻔﺨﻮﺪ” olaraq bilinməkdədir. Əmirlidəki ən böyük və önəmli iki oymaq Kaxalar və Zurbulludur. Bu iki fuxud ən böyük iki əşirətdir. Əmirlidəki əşirətlər aşağıdakı tayfalar (nəsil) şəklində sıralana bilir.
• Kaxalar (Əli Hadi, Əsgəri Hadi, Fazil Cukul)
• Zurbullu (Adil Muhamməd Vəli, Fəlah Həsən Şərif, Burxan Kazım, Kazım Şərif)
• Kərəmli (Mehdi Tak, Həsən Muhamməd Əli, Əli Musa)
• Qəmbərli
• Aslanlı (Fəhmi Aslan, gələcədə önə çıxa biləcək Mehdi İnad Aslan)
• Hüssülü
• Abuşlu (Müslüm Şakir, Haşdi Şabi güclərinin bir parçası olan Kataib İmam Əli Tuqayında çalışmaqdadır. Kamal Əli müəllim Abuşlular tərəfindən təqdir və hörmət qazanan bir insandır).
• Köçərli (İbrahim Dərviş və oğlu Sabah İbrahim Dərviş)
• Sadıllı (Əli Əkrəm)
• Dənnəvli (İzəddin Dənnəv)
Sözügedən əşirətlərdən sadəcə Köçərli sünnü məzhəbini mənimsəməkdədir. Əmirlinin tamamı Türkman olmaqdadır. Sadıllı əşirət fərdlərinin bir çoxu Əmirli çayında ərəblərlə birgə balıq ovu etməklə zamanla ərəb dilini rahat bir şəkildə öyrənmişlər və bəziləri öz aralarında bəzən ərəbcə danışır. 2017-ci ildə Əmirlinin 85 gün boyunca mühasirə sırasında İŞİD terror təşkilatı Köçərlilərin bölgədən çıxmayacağı təqdirdə Əmirlidəki şiə olan digər əşirətlərlə birlikdə ölümə məhkum ediləcəkləri ilə təhdid etmişlər. Bunun üzərinə də təqribən 30 ailə civarında olan Köçərlilərin bir çoxu Əmirlini tərk etmişdir. Bu əşirətin irəlidə gələn ismi Dərviş İbrahimdir.
Kahalar əşirəti Əmirlidəki ən böyük fuxud olub təqribən 250 ailə civarındadılar və öndə gələn isimlərindən biri Əli Hadidir. Əli Hadi Əmirlidə xüsusilə də əşirət arasında təqdir qazanan isimdir.
Zurbullular Əmirliyə ilk yerləşən Kaxalardan sonra ikinci böyük əşirət olub təqribən 200 ailə civarındadırlar. Zurbullu əşirəti lideri Adil Muhamməd Vəlidir. Əmirlilər arasındakı İŞİD-ə qarşı dayanışma gücü digər Türkman və Bayat əşirətlərindəkindən daha güclü olduğu söylənə bilər. Öz içlərindəki həmrəylik nəticəsindəbu gün İraq Parlamentində bir millət vəkilləri bulunmaqdadır. Çoxu şiə olan Əmirli rayonu 2003-cü ildən sonra böyük olaylara məruz qalmışdır. 2003-cü ildən etibarən 2007-ci ilə qədər terror hücumları səbəbindən 200-ə yaxın can tələfat verən Əmirli 7.07.2007 tarixində rayonun mərkəzində gerçəkləşdirilən bomba yüklü maşının partladılması ilə 120 can tələfatı yaşamışdır. 2017-ci ildə İraqda geniş torpaqlara nəzarət edən İŞİD tərəfindən Əmirli 85 gün boyunca mühasirədə olmuşdur.
Süleyman Bəy nahiyəsi və Muradlı kəndi
Süleyman Bəy Tuzxurmatuya bağlı bir nahiyədir. Tuzxurmatunun 15 km. cənubunda və Əmirlinin 10 km. şimalında yerləşməkdədir. Əşirət adətlərinə bağlı və mühafizəkar bir toplum olan Süleyman Bəy xalqı Bayat əşirətindən olmasına qarşı ərəbcə danışmaqdadırlar. Süleyman Bəy nahiyəsi ilə bitişik olan Muradlı kəndi xalqı türkmanca danışmaqda olub öz şivələri vardır.
2003-cü ildən sonra İraqdakı rəhbərliyə ümumilikdə müxalif bir tövr alan Süleyman Bəy nahiyəsi xalqının bir neçə ev xaric hamısı sünnü məzhəbini mənimsəməkdədirlər.
Bu gün Süleyman Bəy nahiyəsinin şeyxi Visam Sami Bayatlıdır. Süleyman Bəy nahiyəsinə İŞİD-in nəzarət etməsi və ona qarşı İraq hökümətinin yeritdiyi əməliyyat nəticəsində xalqı Tuzxurmatu və Kərkükə köç etmişdir. Bölgənin İŞİD-dən qurtulması ardından Süleyman Bəy xalqının bir qisminin geri dönüşü təmin edilmişdir. Süleyman Bəy nahiyəsinin nüfuzu 22.000 nəfərə yaxındır. Nahiyənin 30%-ə yaxını Muradlılardır.
Bastamlı
Ağsu çayı üzərində qurulan Bastamlı kəndi Əmirli nahiyəsinə bağlı ən çox nüfuza sahib kəndlərdən biridir. Qədimdən Bostanlı olaraq bilinən bu kənd zaman içərisində Bastamlıya çevrilmişdir. Bastamlı kəndinin 1411-1468-ci il tarixləri arasında bölgənin sahibi Qaraqoyunlu dövlətindən qalanlar olaraq bilinməkdədir.
Bastamlı kəndi İŞİD terror təşkilatının bölgəyə girməsindən ən çox zərər görən Bayat kəndlərindən biridir. Evləri yıxılan Bastamlı xalqından məhdud sayda ailələr evlərinə dönə bilmişdir. Bastamlıdakı bir neçə ev xaric xalqın tamamı sünnü məzhəbini mənimsəməkdədir. Bastamlıdakı oymaqlar:
Allı Ballılar, Qara Qoyunlular, Mahmudlular, Celevlilər, İzzətinlilər
Qaranaz
Qaranazlılar Bağdadın Monqollar tərəfindən istila edilməsindən öncə İraqa yerləşən ən qədim Bayat oymaqlarından biridir. Əmirlinin şimalında yerləşən Qaranaz kəndi türkmanca danışan şiə Bayat əşirətlərindən biridir. Qaranaz şiələrini qonşuları olan Əmirli türkman şiələrindən ayıran bəzi özəllikləri vardır.
Kakai şiə topluluğunda olduğu kimi Qaranaz xalqı bığ saxlamaqla və Hz. Əliyə özəl bir duyğu bəsləməklə bilinməkdədirlər. Qaranaz kəndi, eyni zamanda böyük Türk şairi Füzulinin yaşadığı kənd olaraq bilinir. Ancaq kənddə Füzuliyə dair hər hansı bir abidə yoxdur. Qaranaz xalqının öndə gələn isimləri: İbrahim Qaranazoğlu Zeyd Əbu Kayısoğlu və Adnan Qarnaz Əbu Heydərdir.
Biravçılı
Biravçılı Bayat kəndlərindən və oymaqlarından biridir. Biravçılıların bəziləri Daquq ətrafındakı Lasin kəndinə yerləşmələrinin ardından dəyişik bölgələrə dağıldılar. Bunların bir bölümü Bağdadın, bəziləri Tuzxurmatunun cənubunda olan... Əhməd kəndinə yaxın yerlərə yerləşdilər. Biravçılıların bir qismi bu gün Əmirli əşirətinin şimalındakı Biravçılı kəndində yaşamaqdadırlar. Biravçılı kəndi təxminən 150-yə yaxın ev civarındadır.
Bayat əşirətinin bir oymağı olan Biravçılıların ən önəmli tayfaları bunlardır:
Oncla, Korcalılar, Dökərlər, Karga Bəglər, Hilavilər, İsmaillilər, Həbəş və Umul Gıta köyü.
Süleyman Bəg nahiyəsinə bağlı ərəbcə danışan Bayat kəndlərindən biridir. Həbəş köyü Əmirlini Bağdad-Kərkük magistralı üzərində olub, Tuzxurmatunun 23 km. cənubundadır. Tamamı sünnü məzhəbindən olan bu kəndə 2014-cü ildə İŞİD tərəfindən nəzarət olunmuşdur. Həbəş kəndinin nüfuzu 9.000 civarındadır. Həbəş kəndi ilə bitişik olan Umul Gıta kəndi Bayat əşirətindəndir, 30 evdən ibarətdir. Umul Gıta kəndinin tamamı sünnü məzhəbinə mənsubdur.
Şəkər kəndi
Bayat kəndlərindən biri də Şəkər kəndidir. Təxminən 100 ailədən ibarətdir. Şəkər kəndinin tamamı sünnü məshəbini mənimsəməkdədir. Əmirli camaatını Bağdad-Kərkük yoluna bağlayan küçə üzərindədir. Tuzxurmatunun 23 km. cənubunda olan Bayat kəndlərindən biridir.
Həbəş və Şəkər kəndləri 2014-cü ildə İŞİD-in nəzarətinə keçmişdir. Əmirlinin mühasirədən çıxmasında önəmli bir rol oynamışdılar. Əmirli əşirətini Bağdadı-Kərkükə bağlayan yol üzərindədir. İraq ordusu və Həşdi Şabi gücləri tərəfindən bu kəndlər qurtarılarkən tamamilə məhv edilmişdir. Bu gün buradakı kənd xalqının geri dönüşləri üçün edilən cəhdlərə baxmayaraq buna heç cür nail olunmamışdır.
Xasadarlı
Kərkük ilə Bağdad yolu üzərində olan Bayat kəndlərindən biri olan Xasadarlı Tuzxurmatunun 7 km. cənubundadır. Xasadarlı 250 evdən və 2000 nüfuzdan ibarətdir. Xasadarlı Türkman kəndlərindən biri olub özlərinə məxsus Türkman şivəsiylə danışmaqdadırlar. Xasadarlı kəndinin tamamı sünnü nüfuzundan ibarətdir. İŞİD-ə qarşı mübarizədə çox zərər görən kəndlərdən biri olan Xasadarlı xalqının bir çoxu Tuzxurmatu, Kərkük, Səlahəddin və digər ərəb bölgələrinə yerləşmişdirlər.
Şahsevən
Tuzxurmatuya bağlı Türkman kəndlərindən biri olan Şahsevən Tuzxurmatunun 7 km. şimal-qərbinə düşür. Şahsevən kəndinin nüfuzu 900 civarındadır və 100 civarında evi vardır. Şahsevən xalqı Bayat əşirətinə mənsub olduqlarını söylərlər.
Zəngilli
Əmirliyə bağlı olan Zəngilli kəndi Türkman Bayat kəndlərindən biridir. Zəngilli xalqı bu günə qədər türkmanca danışmaqdadır. Ancaq kəndlərinin digər Türkman bölgələrindən qismən uzaq olması səbəbindən ərəblərlə qarşılıqlı təsirdə olmuşlar. Zəngilli kəndində önə çıxan ailə isimlərindən biri də Doplardır. Zəngilli kəndi İŞİD terror qrupunun bölgəyə girməsi ilə birlikdə böyük zərər görmüşdür.
Yengicə nahiyəsi
Tuzxurmatunun 6 km. qərbində olan Yengicə nahiyəsi əslində iki Türkman kəndinin birləşməsindən yaranıb. Şabuk Bablan ilə Basas kəndlərinin yaxın olmasından birləşərək Yengicə nahiyəsi əmələ gəlmişdir. Bablar ilə Basas adları xalqı bir-birindən ayıran və kəndin məhəllələri olmaqdadır. Yengicə nüfuzunun 2003-cü ildən etibarən 10.000 olduğu təxmin edilmişdir. Lakin bu gün bu nüfuz 16.000 olaraq təxmin edilməkdədir. Yengicə nahiyəsi xalqının hamısı Türkmanca danışmaqdadır. Bunların bir çoxu Bayat əşirətindən olub böyük hissəsi sünnü məzhəbini mənimsəməkdədir. 2003-cü ildən sonra Yengicədən bir neçə nəfərin radikalçı və terrora bulaşması səbəbilə təhlükəsizlik baxımından problemli bölgələrdən biri olmuşdur.
Yengicə xalqı arasındakı radikalçılara görə 2014-cü ildə İŞİD nəzarətinə keçmişdir. Bunun üzərinə xilasetmə əməliyyatı ardından nahiyənin əhalisinin böyük bir qismi geri dönə bilməmişdir.
Yuxarıdakı böyük Bayat qəza, qəsəbə və kəndlərlə bərabər bir neçə kənd də vardır. Bunlar isə Ruveyzat (Əlbu-Rıza), Həfriyə, Üç Təpə, Quşçu kəndləri, Məftül, Böyük Əlbu Həsən, Kiçik Əlbu Həsən, Gammaz, Çardağlı, Rahmətli, Sayyad (türkmanca və ərəbcə danışırlar) kəndləridir. Əskisinə nəzərən Bayat kəndlərindəki tədris önəmli bir şəkildə irəliləmişdir. Əskidən Bayat kəndlərində qız uşaqlarının təhsilinə önəm verilməzdi. Bu vəziyyət Əmirli, Bastamlı, Yengicə, daha doğrusu türkmanca danışan bölgələr xaric hələ davam etməkdədir. Ərəb bayat kəndlərində daha çox oğlan uşaqlarının tədris məsələsindən bəhs edəndə kəndlər arasında fərqlilik göstərməklə birlikdə oğlan və qızların təhsil görmələri arasındakı ayırıma diqqət etmək gərəkdir.
Bayat əşirətlərində, ümumiyyətlə sünnü və şiə nüfuzu da mühafizakar bir quruluşa sahibdirlər. Həmrin dağları ətəyində terror ünsürlərinin asan bir şəkildə fəaliyyət göstərməsi səbəbiylə Bayat kəndlərində əşirət kimliyi yerinə şiə və sünnülük kimliyi önəm qazanmışdır. Bu səbəbdən Bayat kəndləri ünsiyyətdə olarkən milliyyət və əşirət kimliyindən öncə özlərini dini kimliyə görə xarakterizə edirlər. Ancaq oymaqlar arasındakı kimlik ikinci bir kimlik olaraq önəmini qorumaqdadır. Şiələr və sünnülərin öz aralarında əşirət kimliyi siyasi baxımdan böyük bir önəm kəsb edir. Beləliklə siyasi ittifaqlarda əşirət mənsubiyyəti oradakı xalqın ictimai fikrinə təsir edir. Siyasi partiyalar adətən bu xüsusu diqqətə alaraq hərəkət etməkdədir.
2014-cü ildə İŞİD-in bölgəyə girməsilə birlikdə Əmirli xaric, Bayat kəndlərinin tamamı İŞİD terrorçularının nəzarətinə keçmişdir. Bu kəndlərin İŞİD-dən qurtulması ardından bu kəndlərin geri dönüşünə tamamilə izin verilməsə də, bəzilərinə də məhdud geri dönüş izni verilmişdir. Süleyman Bəy, Məftul, Bastamlı, Yengicədə məhdud bir şəkildə bəzi əhalinin geri dönüşünə hökumət izin vermişdir. Bölgədə terrordan ən çox zərər görən Tuzxurmatu və Əmirli bayat kəndlərinin geri dönüşündən narahat idi. Terror ünsürləri bu kəndlərə girərək Tuzxurmatu və Əmirli xalqlarına qarşı əməllərini gerçəkləşdirə bilmişdilər. Bunun üzərinə Haşdi Şabi başda olmaqla təhlükəsizlik gücləri Bayat kəndlərinin dönüşünə soyuq baxmaqda idi. Ayrıca Bayat kəndlərinin geri dönüşü önündəki bir digər əngəl də intiqam qorxusudur. 2014-cü ildə Bayat kəndlərindəki bəzi əhalinin İŞİD ilə iş birliyində olması ucbatından bölgədəki Haşdi Şabi və Şiə Türkmanlar tərəfindən intiqam alma narahatlığı həm Səlahəddindəki yerli hökumətə, həm də yerindən edilən xalqın düşüncəsinə hakimdir. Bu səbəbdən bu ana qədər geri dönüş çox məhdud bir şəkildə gerçəkləşdirilmişdir. Ərəbləşmiş Bayat kəndlərinin tamamı İraqdakı sünnü siyasi güclərə yaxınlıq göstərməkdədir.
Tuzxurmatu
Tuzxurmatuda bir çox Bayat tayfaları vardır. Bayatlar elliklə Tuzxurmatunun çevrəsindən köç edənlərdir. Bu mənada Tuzxurmatu Bayatlarından önəmli isimlər İraq siyasətində önə çıxmışdılar. Məsələn, Casim Muhamməd Cafər Bayatlı, Türkman İslam Birliyinin Baş katibi vəzifəsini yerinə yetirmiş və Mərkəzi Hökumətdə Tikinti və Yaşayış naziri ardından Gənclik və İdman naziri olmuşdur.
Bir digər isim də Muhamməd Mehdi Bayatlı İraq Parlamentində millət vəkili olmuş, qısa bir müddət İraq Haqları naziri vəzifəsini tutmuş və Bədir təşkilatının Şimal bölgə naziri vəzifəsini yerinə yetirir. Tuzxurmatudakı Bayatlar, adətən Türkman şiə siyasi partiyalarına dəstək verməkdə və bu yöndə fikir davranışı göstərməkdədirlər.
Tuzxurmatuda öndə gələn isimlər əski İraq Haqları Naziri və əski parlament millət vəkili Muhamməd Mehdi Bayati İraqın əski İdman və Gənclik naziri Jasim Muhamməd Cafər Bayatlı, İraq İnsan Haqları Komissiya üzvü Əli Bayatlı. Tuzxumatudakı xalq arasında hörməti olan isimlərdən biri də Müəyyəd Şahir Bəydir. Onların arasında Parlamentin keçmiş üzvü, İraq Türkman Yazarlar Birliyinin sədri Fövzi Əkrəm də var. Uzun müddət Mədəniyyət nazirliyinin İraq Türkman Departamentinin müdiri olmuş Əbdüllətif Bəndəroğlu da Tuzxurmatudan çıxmışdır.
Səlahəddin vilayətindəki Bayat əşirətindən önə çıxan insanlar:
Muhamməd Mehdi Bayatlı: (Tuzxurmatudan əski İraq Millət Məclisi üzvü)
Mehdi Taki: (Əmirlidən əski İraq Millət Məclisi üzvü)
Abbas Bayatlı: (Nəsli Əmirlidən olan Abbas Bayatlı Qaratəpə nahiyəsində doğulmuş və orada böyümüşdür)
Visam Sami Bayatlı: (Süleyman Bəy)
Əli Bayatlı: (Tuzxuramtu əsilli, İraq İnsan Haqları Yüksək Komissarlığı üzvü)
Diyala vilayətindəki Bayat əşirəti
Diyalada Bayat əşirətinin ən çox yaşadığı bölgələrdən biri də Qaratəpə nahiyəsidir. Diyala qızasına bağlı Türkman Nahiyəsi Qaratəpə ismindən də aydın olduğu kimi Türkman bölgəsidir. Nüfuzu 21.000 olaraq təxmin edilən Qaratəpədə türkmanlarla birgə kürd və ərəblər də vardır. Qaratəpə türkmanları Bayat əşirətindən olub bunların bir çoxu nahiyədə Əmirli əsilli olaraq bilinməkdədir.
2003-cü ildən sonra Qaratəpə çevrəsindəki ərəb kəndlərində terrorun ortaya çıxmasıyla bilrikdə Qaratəpə nahiyəsinin çevrəsindəki Əmirli əsilli Bayat Türkmanlarından təxminən 20 ailə Əmirliyə köç etmişdir. Qaratəpədəki Bayat türkmanları şiə məzhəbini mənimsəməkdədirlər. Qaratəpədə dini məzar olaraq İbrahim Simin bulunmaqda və şiələrin təbərrük etmək üçün ziyarət etdiyi məkanlardan biridir. Qaratəpədəki Bayatlar əkin-biçinlə məşğul olurlar. Qaratəpədəki Bayatlar elliklə şiə Türkman və İraq türkman cəbhəsini dəstəkləməkdədirlər. Qaratəpədə doğulan və oradakı xalq tərəfindən təqdirə sahib olan Abbas Bayatlı elliklə oradakı Bayatların dəstəyini almışdır.
Qaratəpə ilə birgə Bayatlar Xanəgin, Əli Saray (Türkman Bayat kəndi) Kənan və Diyala mərkəzi qəza və kəndlərində də Bayat əşirəti vardır.
Bağdadın 110 km. şimal-şərqində olan və Halıs qəzasına bağlı olan Mənsuriyə nahiyəsinin nüfuzu 59.000 civarında olduğu təxmin edilməkdədir. Mənsuriyə nahiyəsində Bayat əşirəti bulunmaqdadır.
Mosuldakı Bayat əşirəti
Mosul vilayətinin idari sərhədləri içərisində Bayat əşirəti çox geniş bölgələrə dağılmışdır. Bayat əşirətlərinin Əmirli, Molla Abdin, Əl Həsən, Miyasa, Carbə, Əlbu Vəli, Karnaz, Assaf, Basat, Qarayataq (Mosulun şərqi), Rəşidiyə, Şənəf, Səlamiyə, Şərixan, Tez Xarap, Yarmaca, Ebza, İrfan (Səlamiyə) oymaqları Mosul vilayətindədir.
Dərzi oymağı Türkman Bayat əşirətinə mənsub olub İraqın şimalında bir çox bölgəyə dağılmışdırlar. Bunların böyük bir bölümü Mosulun mərkəzində bulunmaqdadır. Dərzilərin sayı min civarında olub hamısı türkmandır.
Telafər
Yüzillər öncə Azərbaycandan gələn Saraylılar da Bayat əşirətinin bir parçasıdır. Əşirətin Saraylı olaraq adlandırılmaları, dədələrinin Osmanlı dövlətində sarayda çalışmasından qaynaqlanmadadır. Bugünə qədər Saraylılar türkmanca danışmaqdadırlar. Telafərdə saraylıların çoxluqla yaşadığı səmt də əşirət ismini almışdır.
Qaraqoyun kəndi
Dəclənin solunda və Mosulun 20 km. şimal-qərbində bulunan Qaraqoyun kəndi tamamilə Bayat əşirətinə aiddir və Türkmanca danışmaqdadırlar. Mosula bağlı olan bu kənd bu gün idari qurumda Kubba kəndi olaraq keçməkdədir. Qaraqoyunun nüfuzu 30.000 olaraq təxmin edilməkdədir. Qaraqoyunlular Bayat əşirətindən olub şiəliyi mənimsəməkdədirlər. Dolanışığı əkin-biçinə dayanan Qaraqoyun kəndi Qaraqoyunlu dövlətinin qalıntısı olaraq bilinməkdədir.
Qarayataq kəndi
Mosulun 30 km. qərbində bulunan Qarayataq kəndi Bayat əşirətindəndir. Qarayataq kənd xalqının tamamı özlərini Bayat boyundan saymaqdadır. Şiə məzhəbini mənimsəyən Qarayataq xalqı adət-ənənəyə möhkəm bağlıdır.
Selamiyə
Mosulun 35 km. cənub-şərqində bulunan Selamiyə kənd xalqı türkmanca danışmaqdadır. Burada yaşayan xalqın böyük hissəsi Bayat əşirətindəndirlər. Selamiyədə yaşayan Bayat əşirəti Miyasa oymağından olub Əmirli əşirətinə dönməkdədirlər. Süleyman Qanunidən ismini alan Selamiyə kəndinin ismi daha öncə Süleymaniyə idi. Süleymaniyə zamanla Selamiyə dönmüşdür.
Mosulun digər bölgələrindəki Bayat əşirətlərindən biri də Şinəf kəndidir. Hamdaniyə elçəsinə bağlı olan Şinəf kndəki Bayat əşirətinin oymaqları: Molla Abdin, Əlbu Həsən, Vəli Oğulları Əlbu Vəli, İbrahim Oğulları Əlbu İbrahim, Halləv Oğulları Əlbu Halləvdir.
Bayat əşirətindən Lilyal Bayatlı, Mosul Türkman millət vəkili olaraq Parlamentdə çalışır.
İraqın digər bölgələrində Bayat əşirəti
Bayat əşirəti İraqın fərqli vilayət və bölgələrində bulunmaqdadır. Bağdaddakı Bayat əşirətinin sayı bilinməməkdədir. Ancaq Bağdaddakı Bayatların Hüseyniyə, Sədr Köyü və Azamiyədə olduqları bilinməkdədir. Abdulvahab Bayatlı, məşhur iraqlı şair Bağdadlı Azamiyə səmtində 1923-cü ildə doğulmuş və 1998-ci ildə vəfat etmişdir.
İraqdakı Bayat əşirətinin varlığı çox əskiyə dayansa da, Bayat əşirəti arasındakı həmrəylik digər əşirətlər qədər güclü deyildir. Əşirətin bir araya gətirilməsi və əşirət kimliyini önə çıxarmaq üçün əşirət mənsubları arasında hər hansı ciddi bir təşəbbüsün olduğunu söyləmək olduqca çətindir. Ərəb qaynaqlarında Bayat əşirətinin durumunun vacibliyindən bəhs edən çalışmalar yox dərəcədə məhdud olduğu üçün Bağdad, Hillə, Kut, Bəsrə və digər bölgələrdəki Bayatlar haqqında bilgi yoxdur.
Nəticə
Müasir İraq torpaqlarındakı Bayat əşirəti varlığının keçmişi yuxarıda ifadə edildiyi kimi çox əskiyə dayanır. Bu səbəbdən Bayat əşirətilə bağlı dəqiq bilgilər əldə etmək olduqca çətindir. Bu çalışmadakı bəzi məlumatlar yazılı qaynaqlardan əldə edilmiş olsa da, böyük bir qismi bölgə xalqıyla birbaşa təmasda olmağın bəhrəsidir. Bir məsələ də var. İraqda uzun illər boyunca ərəbləşdirmə siyasəti səbəbindən bəzi Bayat ünsürləri dövlət nüfuz kötüklərində özünü ərəb olaraq qeyd etdirmişdir. Kərkük və Mosul çevrəsində yaşayan Bayatların böyük bir qismi etnik kimliyi məlum olduğu halda, ərəblərin çoxluqla yaşadığı bölgələrdəki Bayatların önəmli bir qismi dillərini unutmuşlar.
Bayat əşirəti günümüz İraqda həm Baas dönəmində, həm də 2003-cü ildən sonra ortaya çıxan terror qrupu, özəlliklə İŞİD terror qrupundan böyük zərər görmüşdür. İDİŞ terror qrupu 2014-cü ildə nəzarət etdiyi geniş torpaqlar arasına Bayatların lap çox yaşadığı bölgələrə də girmişdir. İŞİD-in Bayat kəndlərini işğal etməklə birlikdə Kərkük, Tuzxurmatu və digər bölgələrə böyük bir bayat köçü yaşanmışdır.
İraqdakı ən böyük əşirətlərdən biri olan Bayat əşirətinin terrordan gördüyü zərərin Tuzxurmatu və Mosuldakı Bayatlar xaric, geridə qalan Bayat əşirətlərinin bir-birindən dağınıq biçimdə İraqın fərqli şəhərləri və köylərində yaşamış olmaları da aralarındakı qismən basqın kimliklərinin təsiri nəticəsində dəyişməsinə səbəb olmuşdur. Beləliklə, türkmanca danışan Bayat türkmanları xaric türkcəni zamanla unutmuş olanlar yaşadıqları bölgə xalqıyla tam bir uyuma girmişlər. Ümumiyyətlə, fərqli bölgələrdə yaşayan Bayatların mühafizəkar olduqları söylənilə bilər. Sünnü və Şiələrdən ibarət Bayat əşirəti 2003-cü ildən sonra ortaya çıxan radikallaşma dalğasından təsirlənmişdir. Ancaq İraqın İŞİD terror qrupundan təmizlənməsindən sonra millətçi bir kimliyə bürünmüşlər.
Siyasi olaraq Bayat əşirətinin parlamentdə hər zaman birdən çox millət vəkilləri vardır. Bayatların siyasi olaraq əldə etdikləri siyasi vəziyyət və mövqeyi bir qisminin əşirət birliyi nəticəsində geri qalanı da fərdi fəaliyyət nəticəsində əldə edilmişdir.
Ədəbiyyat
• Ahmed Refiq. Anadoluda türk əşirətləri. İstanbul, 1924.Dohsson, Histoire des Mongolos. Ter: Moğol Tarixi, İstanbul 1342.
• Şakir Sabir Zabit. Bayat əşirəti haqqında tarixi araşdırma. Bağdad, 1965.
• Abbas əl-Əzzəvi. Tarix əl-İraq beynə ihtilaleyn (ərəbcə). I cild, Bağdad, 1935.
• Necat Kevsəroğlu. Seyyahların kaleminde Kerkük. Ankara, 2021.
• Məhəmməd Münşi əl-Bağdadi. Ticarət və nəşrlər şirkəti (ərəbcə). Bağdad, 1948.
• Faruk Sümer. Oğuzlar (Türkmanlar). Tarixləri, boy təşkilatları, dastanları. Ankara, 1972.
• Abbas əl-Əzzəvi. İraq əşirətləri (ərəbcə). III cild, 1939.
• Saatçı Suphi. İrak Türkmen boyları. Oymaqlar və yerləşmə bölgələri. İstanbul, 2015.
• Sümer Faruk. Oğuzlar (Türkmənlər). Tarixləri, boy təşkilatı, dastanları. İstanbul, 1980.
• Şakir Sabir Zabit. Aşirrət əl-Bayat. Bağdad, 2004.
• Həbib Hürmüzlü, Əkrəm Pamukçu. İraqda Türkmen Boy və Oymaqları. Qlobal Strateji Enstitüsü. Ankara, 2005.
• Şəmsədsdin Kuzəçi. Kərkük soyqırımları. Ankara, 2004.
• “Bəşir” qəzeti, №39, 15.09.2004.
• “Qardaşlıq” dərgisi, №249-250. Bağdad, 2010.
• Ekrem Pamukçu, Habib Hürmüzlü. Irak’ta Türkmen Boy ve Oymakları, Ankara 2005
• El-Azzavi Abbas Tarihu’l-Irak Beyne İhtilaleyn, VIII. Cilt, Bağdat, 1956.
• Ez-Zebedi M. Murtaza, Tacu’l-Arûs, Tahk: Ali Hilali, Kuveyt 1868.
• G. J. Edmond, Kurds, Turksh and Arabe Londra 1957.
• İbnu’l-Futî, Kemaluddin, el-Havadis el-Camia, Tarih: Mustafa Cevad, Bağdat 1963.
• Habib Hürmüzlü, Bayat Aşireti, Ceridet el-Beşir, sayı: 39, 15 Eylül 2004.
• Kaşgarlı Mahmut, Divanu Lûgati’t-Türk, ter:Besim Atalay. T.D.K, İstanbul.
• Reşidüddin Fazlullah, Camiût-Tevarih Mz., Arapça Ter: M. Sadık Neşet. 1960.
• Rice Ceymis, Rihlatu Rice (Arapça)
• Samir Abdülhüseyin el-Amiri, Irak Aşiretler Ansiklopedisi. 8. Cilt. Bağdat 1994.
• Sümer Faruk, X. Yüzyılda Oğuzlar, D.T.C.F Dergisi, XVI, Ankara.
• Şemseddin Sâmî, Kamus-i Türk, İstanbul 1312.
• Togan Zeki Velidi, Umumi Türk Tarihine Giriş, İstanbul-1946.
• Y. Valdimirtos, Moğolların İçtima-i Teşkilatı Ter: Abdülkadir İnan
• Zabit, Şakir Sabir, Tarih es-Sadaka Beynel - Irak ve Türkiye. Bağdat 1955
• Zabit, Şakir Sabir, Bayat Aşireti Hakkında Bir Araştırma. 1. Baskı Bağdat-1965. 2. Baskı Kerkük 2004, 3. Baskı Bağdat 2011, 4. Baskı Kerkük 2015. Arapça
• Şakir Sabır Zabit. Irak’ta Türkmen Tarihi Özeti (673-1958). Maarif Matbaası. 1. Baskı, Bağdat 1960. 2. Baskı, Kerkük 2007. Arapça
• Şəmsəddin Kuzəçi. Kərkük soyqırımları. Ankara, 2004.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
30-05-2024, 14:12
İraqdakı diktator rejimi dövründə İraq Türkmanlarıyla bağlı, xüsusilə Türkman ədəbiyyatıyla bağlı nə İraqda, nə
22-04-2024, 12:36
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
30-05-2024, 13:06
Tədqiqatçı, yazıçı-jurnalist, şair Şəmsəddin Küzəçi 1965-ci ildə Kərkükdə doğulub. 1989-cu ildə Musul Universitetini
4-06-2024, 11:57
30 il öncə yaşanmış hekayəm... Əslində, İraqı heç tərk etmək istəməzdim. Orada qalıb mübarizə apararaq, millətimə və
Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
İqtisadiyyat
Bu gün, 10:00
Bayden administrasiyası Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib
Hadisə
Bu gün, 09:54
Baltik dənizinin dibində kabelləri zədələməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb
Hadisə
Bu gün, 09:49
Finlandiya Mərkəzi Kriminal Polisi Baltik dənizində sualtı kabelin qopması ilə bağlı cinayət işi açıb
Hadisə
Bu gün, 09:33
Ukrayna ilk dəfə Rusiyaya qarşı Britaniyanın "Storm Shadow" raketlərini buraxıb
Siyasət
Bu gün, 09:20
Ukraynanı Rusiya ilə sülh danışıqlarına başlamağa inandırmaq səyləri 2025-ci ildə güclənəcək
İqtisadiyyat
Bu gün, 09:19
ABŞ Ukraynanın iqtisadi yardım üçün borcunun yarısını (4,65 milyard dollar) silməyi planlaşdırır
Hadisə
Bu gün, 09:10
Rus əsgərləri Pokrovski istiqamətində iki ukraynalı məhbusu soyundurub güllələyiblər
Maraqlı
Dünən, 17:30
Ən çox alınan avtomobillər hansılardır?
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Ukraynanın gələcəyi üçün ərazi deyil, təhlükəsizlik zəmanəti əsas şərtdir
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar