“Dünya yanır, amma problem mənim səfərimdir” – Vuçiç Aİ-yə meydan oxudu

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, 9 Mayda Moskvaya planlaşdırdığı səfər Avropa İttifaqı üçün Ukraynadakı vəziyyətdən və enerji böhranından daha vacib mövzuya çevrilib. Onun sözlərinə görə, Avropa siyasətçilərinin bu səfərə görə sanksiyalarla hədələməsi onun qərarını dəyişməyəcək. Bu barədə Serbiya nəşri Politika yazır.
“Onların danışacağı başqa mövzusu yoxdur. Dünya yanır, Ukrayna ilə bağlı nə edəcəklərini bilmirlər, elektrik enerjisində fasilələr yaşanır. Təsəvvür edin, Serbiyada 24 saatlıq elektrik kəsilsəydi, bizi başaşağı asardılar. Amma əsas problem mənim Moskvaya səfərimdir,” – deyə Vuçiç vurğulayıb.
Vuçiç əlavə edib ki, Serbiya Avropa yolundan dönməyəcək, hətta bu sanksiyalarla nəticələnsə belə. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə Moskvaya gəlmək niyyətində olduğunu əvvəlcədən çatdırıb və bu səfərdən imtina etməyəcək, çünki bu, xalqına verdiyi vəddir.
“Ora başqası getməyəcək və əzab çəkməyəcək. Mən gedəcəyəm — təkcə mənə bir şey olmasa və ya Serbiya üçün inanılmaz təhlükə yaranmasa,” – deyə prezident bildirib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 09:40
FHN: Şəmkirdə minik avtomobilində yanğın oldu - VİDEO
İdman
Bu gün, 09:40
Emin Mahmudov Azərbaycan millisinin tarixinə düşüb
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə