Bu gün, 10:00 0 Dünya

Aİ-də “səfərbərlik”: Fon der Lyayen Rusiyaya qarşı sərt mövqe elan edəcək

Aİ-də “səfərbərlik”: Fon der Lyayen Rusiyaya qarşı sərt mövqe elan edəcək
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çərşənbə günü, 10 sentyabrda Avropa İttifaqındakı vəziyyətlə bağlı ənənəvi illik müraciətini edəcək. Bu barədə TASS məlumat yayıb.

Məlumatlara görə, çıxışının əsas tezisləri öncədən məlumdur. Onların arasında:

Rusiyaya qarşı mübarizə və Ukraynaya dəstəyin davam etdirilməsi,

Aİ-də sürətləndirilmiş militarizasiya prosesi, rəqəmsal texnologiyalar və sistemlərə diqqətin artırılması,

ABŞ-la münasibətlərə ayrıca yer verilməsi — xüsusilə 15 faizlik gömrük rüsumlarını nəzərdə tutan ticarət razılaşmasının dəstəklənməsi,

həmçinin Rusiyaya və Çinə qarşı “ittifaq” yaratmaq çağırışları.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: