Bu gün, 09:30 0 Dünya

Doha suverenliyini müdafiə edəcək – Qətər cavab addımlarına hazırlaşır

Doha suverenliyini müdafiə edəcək – Qətər cavab addımlarına hazırlaşır
Qətərin baş naziri Şeyx Məhəmməd bin Abdurrahman bin Cassim Al Tani bəyan edib ki, ölkə İsrailin Dohaya endirdiyi zərbəyə cavab vermək hüququnu özündə saxlayır.

Baş nazirin sözlərinə görə, Qətər öz suverenliyinin pozulmasına dözməyəcək və gələcək hücumların qarşısını almaq üçün kompleks yanaşma tətbiq edəcək:

“Dövlətlərin suverenliyini düşünülmədən pozan addımları görməməzliyə vurmaq olmaz, onlarla bütün vasitələrlə mübarizə aparmaq vacibdir”, – deyə o vurğulayıb.


Əlavə edilib ki, Doha artıq dost ölkələrlə əlaqə saxlayıb və yaxın vaxtlarda İsrailin hücumuna cavab tədbirlərini elan edəcək. Baş nazir zərbəni “dövlət terrorizmi aktı” adlandırıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: