Qlobal nüvə qışı: yalnız bu 5 ölkə ayaqda qala bilər

“Risk Təhlili” jurnalında dərc olunmuş tədqiqata görə, əgər Rusiya ilə NATO arasında nüvə silahlarından istifadə edilən qlobal müharibə baş verərsə, planetin yalnız bir neçə bölgəsi həyat üçün uyğun qala bilər. Alimlərin qənaətinə əsasən, Yeni Zelandiya, Solomon adaları, Avstraliya, İslandiya və Vanuatu bu ssenaridə sağ qalmaq ehtimalı ən yüksək olan ölkələrdir.
Bu ada və yarımada dövlətlərinin üstünlüyü ondan ibarətdir ki, sənaye çöküşü və iqlim dəyişikliklərinə baxmayaraq, kənd təsərrüfatı sistemlərini davam etdirə biləcəklər. Nəşr qeyd edir ki, qlobal “nüvə qışı” nəticəsində hava temperaturunun kəskin azalması və günəş radiasiyasının zəifləməsi dünyada ərzaq istehsalını, xüsusilə Şimal yarımkürəsində, demək olar ki, tamamilə dayandıra bilər.
Hesablamalara görə, belə bir qarşıdurma nəticəsində atmosferə 150 teraqram his yayıla və nəticədə kənd təsərrüfatı məhsuldarlığı dünya üzrə 80%, Şimal yarımkürəsində isə 100%-ə qədər azala bilər.
Lakin yuxarıda adı çəkilən ölkələr özlərini kənd təsərrüfatı məhsulları ilə təmin etmə gücünə sahib olduqları üçün, hətta bu cür ağır qlobal böhranda belə nisbətən sabitliklərini qoruyub saxlaya bilərlər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Londonda etiraz aksiyasında 890 nəfər saxlanılıb
Şou-biznes
Dünən, 19:00
Reper Timati axtarışa verilib
Maraqlı
Dünən, 18:00
Rəhbərlər, həkimlər, işsizlər… Araşdırma xəyanətin gizli səbəblərini üzə çıxardı
Sağlamlıq
Dünən, 17:30
Gecə qəlyanaltısı üçün ən yaxşı seçim nədir?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə