Trampdan Putinə yeni zərbə

ABŞ prezidenti Donald Tramp Rusiya hakimiyyətinin “zərərli fəaliyyətinə” cavab olaraq tətbiq edilən fövqəladə vəziyyətin müddətini bir il uzadıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrinin nəşrində deyilir.
Fövqəladə vəziyyət sanksiyaların uzadılmasını, o cümlədən Rusiya aktivlərinin bloklanmasını, habelə xarici banklara və Rusiya hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətlərə qarşı ikinci dərəcəli məhdudiyyətləri nəzərdə tutur.
Göstərilən səbəblərə ABŞ və müttəfiqlərinin seçkilərinə müdaxilə, kiberhücumlar, digər hökumətlərə korrupsiya təsiri, jurnalistlərin və dissidentlərin təqib edilməsi, strateji əhəmiyyətli regionlarda sabitliyin pozulması və beynəlxalq hüququn pozulması daxildir.
Sənəddə deyilir: “Rusiya ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə törətməkdə davam edir”. Söhbət 14024 saylı Fərmanın müddətinin uzadılmasından gedir.
Müvafiq rejim onun sələfi Co Bayden tərəfindən 15 aprel 2021-ci ildə tətbiq edilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Londonda etiraz aksiyasında 890 nəfər saxlanılıb
Şou-biznes
Dünən, 19:00
Reper Timati axtarışa verilib
Maraqlı
Dünən, 18:00
Rəhbərlər, həkimlər, işsizlər… Araşdırma xəyanətin gizli səbəblərini üzə çıxardı
Sağlamlıq
Dünən, 17:30
Gecə qəlyanaltısı üçün ən yaxşı seçim nədir?
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə