Slovakiya hökuməti 350 ayının güllələnməsinə icazə verib

Slovakiya hökuməti son illər sayları çoxalan qonur ayıların bu il hücumlarının artması fonunda 350 ayının güllələnməsinə icazə verib.
“Ulusum”.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso bəyan edib.
Bu mərkəzi Avropa ölkəsinin bir çox dağlıq rayonlarında hesablamalara görə 1000-3000 ayı yaşayır.
Yerli media bildirib ki, ötən həftə Slovakiyanın mərkəzi Detva şəhəri yaxınlığında ayı 59 yaşlı kişini öldürüb. Bu, son illərdə baş vermiş silsilə hücum hallarından sonuncusudur.
“Biz insanların meşəyə getməyə qorxacağı və ayılara yem olacağı bir ölkədə yaşaya bilmərik”, - deyı Fitso mətbuat konfransında bəyan edib.
Ətraf Mühitin Mühafizəsi Nazirliyi bəyan edib ki, bu məsələnin həllində Rumıniyanın təcrübəsi nümunə kimi götürüləcək. Belə ki, bu ölkə ötən il ayıların ovlanmasına qoyulan kvotaları artıraraq, icazə verilən ov sayını 481-ə yüksəldib.
Ötən il Slovakiya sakinləri 144 ayı ovlayıb. Hökumət ötən il ölkədə 13 ayı hücumunun qeydə alındığını açıqlayıb. (AZƏRTAC)

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO