Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalanıb
Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində 6 mühüm sənəd imzalanıb.

Bu sənədlər günəş, külək və enerji saxlanc sistemləri üzrə ümumilikdə 392 MVt gücündə layihələri əhatə edir. Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı İnvestisiya Müqaviləsi imzalanıb.
Stansiyanın 2026-cı ildə istismara verilməsi və ildə 180 milyon kilovat-saat enerji istehsalı nəzərdə tutulur. Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” arasında Xəzər dənizində minimum 2 QVt gücündə külək elektrik stansiyasının inkişafı üzrə İcra müqaviləsi imzalanıb.

Digər bir sənəd isə “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC ilə birgə, Böyükşor gölündə 100 MVt gücündə üzən günəş stansiyası və 30 MVt batareya enerji saxlanc sisteminin inkişafını nəzərdə tutur.

“PowerChina Resources Limited” və “SOCAR Green” MMC ilə birgə imzalanmış müqavilə 160 MVt gücündə günəş elektrik stansiyasının inkişafını nəzərdə tutur.

Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” Xəzər dənizində 2 QVt gücündə külək enerjisi layihəsinin inkişafı üzrə Anlaşma Memorandumu imzalayıblar. Digər Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb.
✍️ "Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq