Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb Hadisə
Cəlilabad sakini atdan yıxılaraq ölüb. APA-nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayon Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Tofiq Allaverən oğlu Əliyev Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən maldarlıq obasında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. İlkin məlumata görə, o, ata mindiyi zaman yıxılıb və...
13-05-2025, 10:00
Bakıda minik avtomobili furqona çırpılıb, ölən var Hadisə
Bakıda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb. 2003-cü il təvəllüdlü Əliyev Əli Sahib oğlu özünə məxsus "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əliyev Eldəniz Abuzər oğlunun idarə etdiyi "Ford...
13-05-2025, 09:18
FHN: Salyan rayonunun Aşağı Noxudlu kəndində yangın Hadisə
Salyan rayonunun Aşağı Noxudlu kəndində ümumi sahəsi 48 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 32 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb....
13-05-2025, 09:15
Üç qadını şantaj edib pul alan şəxsə hökm oxundu Hadisə
Şəki Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə qadınları şantaj edərək onlardan pul tələb etməkdə təqsirləndirilən Nahid Mirzəyevin (soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Mirzəyev 5 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, Sabirabad...
12-05-2025, 18:08
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Hadisə
Mayın 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkətləri müşahidə olunub. İran İslam Respublikası ərazisindən 4 nəfər sürünərək körpünün Azərbaycan hissəsinə keçərək qazıntı işlərinə başlayıblar. Sərhəd naryadının...
12-05-2025, 16:34
Dərəyə yuvarlanan avtobus 21 can aldı – Şri-Lankada FACİƏ Hadisə
Şri-Lankanın Kotmale bölgəsində faciə baş verib. Təxminən 50 nəfəri daşıyan sərnişin avtobusu hərəkətdə olarkən dərəyə yuvarlanıb. Qəza nəticəsində 21 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Fəlakət Kolombodan 140 kilometr aralıda, dağlıq ərazidə baş verib. Hadisənin səbəbləri hələ ki məlum deyil, lakin yerli...
12-05-2025, 14:30
Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Açıqlaması Hadisə / Cəmiyyət
Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni...
12-05-2025, 12:11
Nəsimi rayonunda mobil telefon oğurlayan şəxslər saxlanılıblar Hadisə
Nəsimi rayonu ərazisində 2 nəfər polisə müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmiş 49 yaşlı A.Əzimov və 34 yaşlı R.Əsədov saxlanılıblar. Bundan başqa, rayon ərazisində bir nəfərin geyim mağazasından müxtəlif əşyalar, eləcə də...
12-05-2025, 12:00
Göyçayın Çərəkə kəndində güclü yanğın baş verib Hadisə
Göyçay rayonunun Çərəkə kəndində baş vermiş güclü yanğın nəticəsində ciddi maddi ziyan dəyib. Hadisə kənd sakini, 1969-cu il təvəllüdlü Sahib Şirinovun əmlakında baş verib. Yanğın ilkin olaraq həyətdəki 200 kvadratmetr sahəsi olan tövlədə başlayıb. Alov sürətlə yayılaraq ümumi sahəsi 300 kvadratmetr olan talvara keçib. Nəticədə talvarın...
12-05-2025, 11:10
Naxçıvanda külli miqdarda dollar oğurlandı: Polis cinayəti açdı Hadisə
Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar. Muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub. Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq...
12-05-2025, 10:47