Nərimanovda narkotik əməliyyatı: 2 nəfər saxlanıldı

Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis şöbələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Tohid İbrahimov və 23 yaşlı İlkin Vəliyev saxlanılıb.
Tohid İbrahimovdan 2 kiloqram 204 qram heroin, marixuana, tiryək, metamfetamin və 50 ədəd metadon həbi götürülüb.

Digər əməliyyat zamanı saxlanılan İlkin Vəliyevdən isə 1 kiloqram tiryək aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ulusum". az-a verilən məlumata görə, bu şəxslər narkotik vasitələri, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə edərək, paytaxtda müxtəlif ünvanlara yerləşdirib satışını təşkil etməyi planlaşdırırdılar.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. İlin əvvəlindən Nərimanov rayonunda keçirilən əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 66 fakt aşkarlanıb və 22 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Ölkə boyu narkotik dövriyyəsinə qarşı əməliyyatların davam etdirildiyi bildirilib.

Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO