Kaliforniyada Müstəqillik Gününə həsr olunan şahmat turniri keçirildi FOTO YENİLƏNDİ
Kaliforniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunan şahmat turniri keçirilib.
Ulusum.az-ın ABŞ Bürosu bu barədə ölkəmizin Los Ancelesdəki Baş Konsulluğuna istinadən məlumat verir.
Xəbərə görə, şahmat turniri ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun, San Dieqo - Bakı Dostluq Cəmiyyəti və Koronado Kitabxanasının təşkilatçılığı ilə baş tutub.
Koronado Kitabxanasında Azərbaycanın Müstəqilliyinin 106-cı ildönümünə həsr edilmiş “6-cı San Dieqo - Azərbaycan Gənclərarası Şahmat Turniri”ndə 8-18 yaş arasında olan 40 gənc amerikalı şahmatçı mübarizə aparıb.
İlk 3 yeri tutan şahmatçılara Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, bütün iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü, tarixi və ölkəmizdə şahmat idmanının inkişafı barədə məlumat verilib.
Tofiq Ağayev
Ulusum.az ABŞ Bürosu







Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
