Binəqədidəki dəhşətli yanğından 9 il ötür - FOTO
Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 9 il ötür.
Ulusum.az xatırladır ki, 2015-ci ilin mayın 19-da, səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində 4-ü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.
Yanğının başlamasına binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb göstərilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. İş üzrə Cinayət Məcəlləsinin üç maddəsi əsas götürülüb: ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq.
Yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 illik azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbov hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.
Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib.
Binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb. Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat vəsait təqdim edilib.
Yanğın nəticəsində həlak olmuş şəxslər aşağıdakılardır:
1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)
2. Bağırov Sahib Rəhim oğlu (49 yaş)
3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)
5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)
6. Eyvazov Davud Hamir oğlu (16 yaş)
7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)
8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq)
9. Kərimova Nazilə Malik qızı (39 yaş)
10. Kərimova Ayan Anar qızı (5 yaş)
11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)
12. Həsənova Alla Antonovna (58 yaş)
13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)
14. Boykova Lyubov Viktorovna (87 yaş)
15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO