Kaliforniya iqtisadiyyatı dünya üzrə 5-ci YERDƏDİR - FOTO EKSKLÜZİV
2017-ci ildən bəri Kaliforniya iqtisadiyyatı dünya üzrə 5-ci yerdə qərarlaşıb. Amerikalıların "Qızıl ştat" adlandırdıqları Kaliforniya müasir texnologiya, İT sənayesi, turizm, kino, kənd təsərrüfatı və elmin mərkəzi olaraq ön sıradadır.
Ulusum.az saytının ABŞ Bürosunun məlumatına görə, bu uğur innovasiyalar, inkişaf etmiş texnoloji baza, yüksək təhsil səviyyəsi, istedadlı mütəxəssislər və nadir təbii sərvətlərlə sahib olmağın nəticəsidir. Google, Apple, Meta, Cisco, Adobe, Nvidia, Chevron, Visa kimi ən böyük şirkətlərin yerləşdiyi Silikon Vadisi yüksək texnologiyalara görə dünya mərkəzi sayılır.

Ştatın qubernatoru Gavin Newsom Ulusum-a açıqlamasında deyib:
“Kaliforniya dünyanın bir neçə əsas ölkəsi istisna olmaqla, hamısını üstələməkdə davam edir. Burada innovasiya, ali təhsil, istedadlı işçi qüvvəsi, müxtəlif sənayelər və misilsiz təbii sərvətlərin kombinasiyası sayəsində gələcəkdə də bu tendensiya davam edəcək”.

Qeyd edək ki, ştat təhsil müəssisələri, o cümlədən Berklidəki Kaliforniya Universiteti, Stenford Universiteti və hər il yüksək səviyyəli mütəxəssislər hazırlayan Texnologiya İnstitutu ilə tanınır.

Qızıl Ştat bir çox yüngül və ağır sənayelərə ev sahibliyi edir; Kənd təsərrüfatı ölkə miqyasında birinci yerdədir - burada tərəvəzlərin üçdə birindən çoxu və ölkənin meyvələrin təxminən dörddə üçü Kaliforniyada yetişdirilir.

Təbii ehtiyatların zənginliyi və müxtəlifliyi hər il milli parkları, xizək kurortlarını və mənzərəli çimərlikləri ziyarət edən milyonlarla turisti cəlb edir. Napa Vadisi şərab zavodları da səyahətçilər üçün sevimli yerlərdir və şərablar bütün dünyada təqdir olunur.
ABŞ İqtisadi Təhlil Bürosunun məlumatına görə, Kaliforniya 2023-cü ildə təqribən 3,9 trilyon dollar nominal ÜDM və əvvəlki ilə nisbətən 6,1% artım tempi ilə yeddinci ildir ki, dünyanın 5-ci ən böyük iqtisadiyyatıdır.
Kaliforniyanın ardınca altıncı yerdə Hindistan qərarlaşır.
TOFİQ AĞAYEV
Ulusum.az ABŞ Bürosu.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
26-04-2024, 20:30
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. ULUSUM.az xəbər verir ki,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO