“Tovuz döyüşləri"nin baiskarı olan generaldan XƏBƏR VAR
Ermənistan Silahlı Qüvvələrinin Tavuşda yerləşən 3-cü korpusunun keçmiş komandiri, general Qriqori Xaçaturov keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi etirazçılara qoşulduğunu bildirib.
Ulusum.az xəbər verir ki, məlumatı “Hraparak” nəşri yayıb.
İnternet mediada generalın keşişlə qucaqlaşdığını əks etdirən fotoşəkil də yayılıb.
Qeyd edək ki, general Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş sədri, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğludur.
“Qarabağ klanı”nın kadrı sayılan Q.Xaçaturov 2008-ci ildə İrəvan qarnizonunun komandiri olub.
Qriqori Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi.
2020-ci ilin iyulunda baş vermiş “Tovuz döyüşləri"nin baiskarı da general Q.Xaçaturov olmuşdu.
Erməni general 2021-ci ilin iyulunda prezidentin sərəncamı ilə 3-cü ordu korpusunun komandiri vəzifəsindən azad edilib.
Beləliklə, Ermənistanda Paşinyana qarşı aksiyalarda "xoruzun quyruğu" görünür. “Qarabağ klanı”nın kadrı Qriqori Xaçaturovun mitinqə qoşulması etirazların arxasında Köçəryan-Sarkisyan cütlüyünün dayandığını bir daha təsdiqləyir...

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi