Gəncədə atasının köməyinə gələn gənc ürəyindən bıçaqlanaraq öldürüldü
Gəncədə 2005-ci il təvəllüdlü Həsən Novruzovun qətlə yetirilməsi ilə bağlı məhkəmə işi üzrə yeni təfərrüatlar açıqlanıb. Hadisə 19 sentyabr 2022-ci il tarixində, gecə saatlarında “Rəvan” kafesinin qarşısında baş verib.
İttihama görə, 1984-cü il təvəllüdlü Azər Mövsümov tanışı Vidadi Novruzovla mübahisə edib. Mübahisə zamanı Vidadinin Azəri ağır söyüşlərlə təhqir etdiyi bildirilir. Azər ifadəsində Vidadinin içkili olduğunu və çox zaman münaqişə yaratdığını qeyd edib. O, bir neçə dəfə Vidadini evə apararaq ona kömək etdiyini deyib.
Hadisə gecəsi tərəflər arasındakı söz-söhbət kafenin qarşısında davam edib.
Azər Vidadinin ona yumruqla zərbə endirdiyini iddia edib. O, mübahisəni aradan qaldırmaq üçün geri qayıtsa da, səs-küyü eşidib yenidən çölə çıxıb. Bu zaman Vidadi və oğlu Həsənin onun qardaşını itələdiyini gördüyünü söyləyib. Azər üzərində gəzdirdiyi bıçağı çıxararaq Vidadiyə bir neçə zərbə endirib.
Daha sonra gözlənilmədən üzərinə gələn Həsənə də bıçaqla zərbə vurub. Yaralı Həsən Abbas Səhhət adına xəstəxanaya çatdırılsa da, ürək nahiyəsinə aldığı xəsarətdən ölüb. Vidadi Novruzov ifadəsində Azərin əvvəlcə onu, daha sonra isə oğlunu bıçaqladığını bildirib. O, hadisənin səbəbini Azərlə aralarında yaranan qısa mübahisə ilə izah edib.
Hadisədən sonra Azər Mövsümov polisə gedərək baş verənləri danışıb. Ona Cinayət Məcəlləsinin qəsdən adam öldürmə ilə bağlı ağır maddələri üzrə ittiham irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsi ilkin olaraq Azəri 17 il azadlıqdan məhrum edib. Eyni zamanda, iki və daha çox şəxsi öldürməyə cəhd ittihamları üzrə ona bəraət verilib.
Dövlət ittihamçısı və zərərçəkmiş tərəf hökmdən narazı qalaraq apellyasiya şikayəti verib. Onlar Azərin daha ağır maddələrlə cəzalandırılmasını tələb ediblər. Müdafiə tərəfi isə əməli ehtiyatsızlıqdan adam öldürmə kimi qiymətləndirilməsini istəyib. Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin etməyib.
Lakin müdafiə tərəfinin şikayətini qismən əsaslı hesab edib.
Nəticədə Azər Mövsümovun əməli 120.1-ci maddə ilə tövsif olunaraq cəzası 13 ilə endirilib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlər var
Noyabrın 22-si – Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 107-ci ildönümüdür.
Peraşkini bu yağla qızartmaq zərərli imiş - AÇIQLAMA