Bu gün, 21:19 0 Cəmiyyət / Gündəm

Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib

Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib

General-polkovnik Hikmət Mirzəyev şəhid kəşfiyyatçı Mühüd Orucovun atası Qurban Orucovla görüşərək onun xidmətlərini yüksək qiymətləndirib.


Azərbaycanın tanınmış hərbi xadimi, general-polkovnik, müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev bu gün əfsanəvi kəşfiyyatçı, “kəşfiyyatın Mixaylosu” kimi tanınan şəhid kapitan Mühüd Orucovun atası Qurban Orucovu qəbul edib.

Görüş zamanı general-polkovnik Hikmət Mirzəyev Mühüd Orucovun Xüsusi Təyinatlı Qüvvələrdə xidmətinin misilsiz olduğunu vurğulayıb:
“Mühüd həm zabit kimi, həm insan kimi fərqli idi. Tapşırıqları qüsursuz icra edirdi, Vətəni özündən çox sevirdi. O, hərbçi doğulmuşdu. Vətən Müharibəsində onun yetişdirdiyi döyüşçülər böyük şücaətlər göstərdilər.

Mühüd kimi oğul böyütdüyünüzə görə Sizə təşəkkür edirəm. Mühüd hər zaman mənim yadımdadır və ürəyimdədir. Yaxın günlərdə onun məzarını ziyarət edəcəyəm”.

Səmimi söhbət zamanı Qurban Orucov da oğlunun Hikmət Mirzəyevə olan hörmətindən danışıb:

“Mühüd Sizinlə fəxr edirdi. Evə gələndə rəhmətlik anası soruşardı ki, komandirin necə adamdır? Mühüd həmişə deyərdi ki, ‘Ana, narahat olma, komandirim qızıl kimidir’. Bu sözlər bizi sevindirirdi”.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

“Qazax” Xeyriyyə İctimai Birliyi idarə heyətinin sədri, əməkdar müəllim, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədovun, Qazax mahalı ziyalılarının və bütün qazaxlıların adından general-polkovnik Hikmət Mirzəyevə Mühüd Orucovun xatirəsinə və ailəsinə göstərdiyi diqqət və ehtirama görə təşəkkür edilib.

“Qazax” Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidməti

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.