Prezident Məsud Pezeşkiana məcburi hicabın tətbiqi ilə bağlı göstərişlər verilir
İranın Ali dini rəhbəri Əli Xamenei Prezident Məsud Pezeşkiana məcburi hicabın tətbiqi ilə bağlı göstərişlər verib.
Ulusum.az xəbər verir ki, bu barədə İran hökumətinin İnformasiya Şurasının rəhbəri Elias Həzrəti məlumat verib.
“Çox az sayda insan sosial pozuntular törədir, cəmiyyətimizin böyük əksəriyyəti əxlaqlı və hörmətli bir toplumdur. Cənab prezidentin hicab barədə mövqeyi həmişə aydın və şəffaf olub”, - o bildirib.
KİV-in məlumatına görə, İsraillə 12 günlük müharibənin başa çatmasından üç ay sonra kəşfiyyat naziri hicabla bağlı Xameneiyə hesabat təqdim edib:
“O da cavab olaraq göstəriş verib ki, bu sarsıdıcı hesabat prezidentə təqdim edilsin, xüsusi xidmət orqanları problemləri müəyyən edib ciddi şəkildə tədbir görsünlər. Hesabata görə, təbliğat qurumları və məscidlərin idarəetmə orqanları buna qarşı mübarizə aparmaq üçün planlaşdırma, hicaba qarşı olanlarla bu səhlənkarlıqların nəticələri barədə inandırıcı söhbətlər aparılmalıdır”.
Məlumatda İranda hicabsızlaşma prosesi “xarici kəşfiyyat və təhlükəsizlik xidmətlərinin İranı zəiflətmək üçün hazırladığı planların bir hissəsi” adlandırılıb.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozmaqda ittiham edilərək polis tərəfindən öldürülməsindən sonra İranda hicab əleyhinə etiraz aksiyaları başlayıb və iki ilə yaxın davam edib. Bundan sonra məcburi hicabın ləğvi gündəmə gəlib, paytaxt Tehran və bir sıra digər iri şəhərlərdə hicabsızlaşma prosesi başlasa da, dini rejim hələ də tətbiq etmədiyi “Hicab və iffət” adlı yeni qanun qəbul edib.
Cəhd ölkədə etirazları bir qədər də genişləndirib. Bu günlərdə isə Tehran və bəzi iri şəhərlərdə hicabsız dolaşan qadınların görüntüləri gündəmdədir. Dini-siyasi rejimin nümayəndələri bu fonda hicab qaydalarını sərtləşdirən “Hicab və iffət” qanununun tətbiqini gündəmə gətirirlər.
R.D

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlər var
Noyabrın 22-si – Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 107-ci ildönümüdür.
Peraşkini bu yağla qızartmaq zərərli imiş - AÇIQLAMA