Polis Akademiyasında cinayətkarlığa qarşı mübarizə mövzusunda beynəlxalq konfrans keçir
Noyabrın 26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstandan nümayəndələr iştirak ediblər.
Ulusum.a xəbər verir ki, konfransın açılışında nazir müavini, polis general-leytenantı İsmət Əliyev çıxış edərək toplantının cinayətkarlığa qarşı mübarizədə innovativ yanaşmaların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Panel çıxışlarda cinayət-hüquqi və kriminoloji aspektlər, müasir cinayət formaları və inkişaf tendensiyaları təhlil edilib.
Həmçinin kibertəhlükəsizlik, rəqəmsal sübutlar və hüquq sisteminin müasir çağırışlara uyğunlaşdırılması əsas müzakirə mövzularından olub. Tədbirdə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi və məlumat mübadiləsinin sürətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qonaqlar konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirərək əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Konfrans işgüzar və səmərəli mühitdə yekunlaşıb.
R.D

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO