Dünən, 13:04 0 Mətbəx

Peraşkini bu yağla qızartmaq zərərli imiş - AÇIQLAMA

Peraşkini bu yağla qızartmaq zərərli imiş - AÇIQLAMA
Qida eksperti Fərid Səfərov ulusum.az-a müsahibəsində bildirdi ki, peraşki kimi yüksək temperaturda qızardılan məhsullar üçün yağ seçimi çox vacibdir.

"Çünki yağın tərkibi həm dadı, həm də sağlamlıq baxımından ciddi fərqlər yaradır. Günəbaxan yağı yüksək temperaturda tez sıradan çıxır. Adi günəbaxan yağında omega-6 çox, antioksidant az olur, tez oksidləşir, zərərli birləşmələr yarana bilir, bir neçə dəqiqədən sonra keyfiyyəti düşməyə başlayır" - deyən ekspertin sözlərinə görə, günabaxan yağı ilə peraşkinin dəfələrlə qızartmaya uyğun deyil.

F.Səfərov peraşki üçün məsləhətli yağların adını da açıqladı:

"Rafinə olunmuş zeytun yağı. Bu yağ istiyə stabil dayanır, dadı neytraldır, xəmirin ləzzətini dəyişmir. Kərə yağı və ya sadə yağın (əridilmiş yağ) qarışığı. Tək kərə yağında qızartma olmaz, çünki tez yanır. Amma kərə yağı və sadə yağ qarışığı peraşkiyə çox gözəl dad verir".

"Bəs niyə insanlar peraşkini daha çox günəbaxan yağında qızardır" sualına gəlincə, ekspert "Sadəcə ucuzdur, hər yerdə tapılır, amma sağlamlıq və yağın sabitliyi baxımından ən ideal variant deyil", - deyə cavab verdi.

Ulusum.az / R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.