Dünyanı Sənat Qurtaracaq

“Dünyanı Sənət Qurtaracaq” devizi altında beynəlxalq rəssamlar sərgisi
RENKLƏRİN QARDAŞLIĞI – TÜRKİYƏ, QAZAXISTAN, ÖZBƏKİSTAN və AZƏRBAYCAN RƏSSAMLARININ BİRGƏ SƏRGİSİ
21 oktyabr 2025-ci il tarixində saat 12:00-da Özbəkistan Fotoqraflar İttifaqının (Toshkent Fotosuratlar Uyi) sərgi salonunda “Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisinin açılışı keçiriləcək.
Sərgi “Dünyanı Sənət Qurtaracaq” devizi altında Uluslararası Aktivist Sanatçılar Birliyi (UASB), Azərbaycan Rəssamlar İttifaqı, Özbəkistan və Qazaxıstan sənət qurumlarının dəstəyi ilə təşkil olunur. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycan rəssamlarının plener zamanı yaratdıqları əsərlər nümayiş etdiriləcək.
Sərginin əsas məqsədi qardaş xalqlar arasında mədəni və bədii əlaqələri möhkəmləndirmək, sülh, dostluq və insanlıq dəyərlərini sənətin dili ilə ifadə etməkdir.
Bu layihə sənətin birləşdirici gücünü ön plana çəkərək, “Savaşlara inad, barış üçün, insanlıq üçün sənət!” şüarı ilə region xalqlarının ortaq mədəni irsini və yaradıcı ruhunu təcəssüm etdirir.
Açılış mərasimində iştirak edən rəssamlar arasında tanınmış sənətkarlar və gənc istedadlar da yer alır. Tədbir çərçivəsində iştirakçılar üçün mədəni mübadilə və sənət əlaqələrinin inkişafı məqsədilə görüşlər də keçiriləcək.
📍 Məkan: Toshkent Fotosuratlar Uyi
📅 Tarix və saat: 21 oktyabr 2025, saat 12:00
🎨 Deviz: “Dünyanı Sənət Qurtaracaq
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 10:00
Hotdoq Resepti – Sadə və Ləzzətli!
Sağlamlıq
18-10-2025, 09:30
Hər Yaşda Göz Müayinəsi Vacibdir – Tanınmış oftalmoloqdan tövsiyələr VİDEO
Mətbəx
17-10-2025, 15:30
Meksikanın məşhur dadı – Birria Tacos resepti
Populyar Xəbərlər
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı VİDEO
15 oktyabr – Şəhidlərin xatirəsinə ehtiramla keçirilən anım tədbiri VİDEO
Ballı Xardallı Qızılbalıq: Dadlı və Sağlam Seçim
Bal Pətəyi (Honeycomb) – Ev şəraitində asan desert
Piylənmə - psixoloji faktorlar əsas rol oynayır