Yaponiya vətəndaşlıq tələblərini sərtləşdirir
Yaponiya əcnəbilər üçün vətəndaşlıq şərtlərini sərtləşdirə bilər
Yaponiya hökuməti əcnəbilərin vətəndaşlıq alması ilə bağlı tələbləri əhəmiyyətli dərəcədə sərtləşdirməyi planlaşdırır.
"The Independent" qəzetinin məlumatına görə, müzakirə olunan təşəbbüs ölkədə tələb olunan yaşayış müddətinin 5 ildən 10 ilə qədər artırılmasını, eləcə də yapon dili biliyinin məcburi şərt kimi tətbiqini nəzərdə tutur.
Təklifə əsasən, vətəndaşlıq almaq istəyən əcnəbilər üçün dil biliklərinin yoxlanılması və inteqrasiya meyarlarının gücləndirilməsi gündəmdədir. Qeyd olunur ki, bu dəyişikliklər hələlik qanun layihəsi mərhələsindədir və rəsmi qərar qəbul edilməyib.
Ulusum.az xəbər verir ki, məsələ əsasən “Nippon İşin Partiyası”nın təşəbbüsü ilə gündəmə gətirilib və hazırda Liberal Demokrat Partiyası çərçivəsində müzakirə olunur.
İslahatların 2026-cı ildən etibarən qüvvəyə minə biləcəyi ehtimal olunur.
Tənqidçilər isə bu addımı Yaponiyada mövcud işçi qüvvəsi çatışmazlığı fonunda miqrasiyanı daha da çətinləşdirən əlavə maneə kimi qiymətləndirirlər.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox