Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb VİDEO
Azərbaycan rəssamı və nəqqaşı "Mirzə Qədim İrəvani"nin 200 illik yubileyi münasibətilə onun yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri Özbəkistanda mükafatlandırılıb.
Özbəkistan Rəssamlıq Akademiyasında “Şərq vəhdəti – Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilib və iştirakçıların əsərlərindən ibarət sərgi açılıb.
Ulusum.az xəbər verir ki, tədbir çərçivəsində Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına, eləcə də İrəvan şəhərinin mədəni-tarixi irsinə həsr olunmuş “Cənnət yuxusu” adlı bədii-sənədli film nümayiş etdirilib, daha sonra sərgi salonunda ekspozisiya təqdim olunub.
Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur çıxışında Azərbaycan və Özbəkistan xalqları arasında dərin tarixi və mədəni əlaqələrin mövcud olduğunu, bu kimi tədbirlərin fikir və təcrübə mübadiləsinə, eləcə də gələcək əməkdaşlıqların inkişafına töhfə verdiyini vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli isə qeyd edib ki, Mirzə Qədim İrəvani XIX əsr Azərbaycan milli rəssamlıq sənətinin parlaq nümayəndəsi kimi Şərq miniatür ənənələri ilə Avropa realist portret üslubunu uğurla birləşdirib.
Müsabiqənin nəticələrinə əsasən birinci yer Bexruzbek Baxtiyorzadonova, ikinci yer Madinabonu Qaxxorovaya, üçüncü yer isə Muxlisa Omonullayevaya təqdim olunub.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:55
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
Populyar Xəbərlər
İlham Əliyev Azərbaycan xalqına Novruz təbriklərini çatdırdı
Gürcüstanda matəm bu tarixədək davam EDƏCƏK
Bu Gün Miqrasiya Orqanları İşçilərinin Bayramıdır
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il ÖTÜR