Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Daşkənddə yerləşən “Yemali” restoranı Azərbaycan mətbəxinin unudulmaz dadını yaşadır.
Səyahət insanı zənginləşdirən ən gözəl təcrübələrdəndir. Ancaq fərqli ölkələrdə olarkən doğma dadları hiss etmək insana xüsusi bir sevinc bəxş edir. Özbəkistan Respublikasında belə bir məkana rast gəlmək – Azərbaycan mətbəxinin əsl dadını yaşamaq – bizim üçün əsl sürpriz oldu.
Yemali restoranına daxil olanda bizi isti atmosfer, peşəkar personal və mükəmməl təqdimatla qarşılayan kollektiv, Azərbaycan qonaqpərvərliyinin əsl təcəssümü idi.
Xüsusilə Şəki pitisi kimi milli yeməyimizin ən yüksək keyfiyyətdə təqdim olunması bizi qürurlandırdı. Dadı, hazırlanma üsulu və estetik təqdimatı ilə sanki birbaşa vətəndə, Şəkinin özündə idik.
Hər mətbəxin öz dadı var. Ancaq bir azərbaycanlı kimi qürurla deyə bilərəm: Azərbaycan mətbəxinin dadı heç yerdə yoxdur.
Bu unudulmaz təcrübə üçün Yemali restoranının bütün kollektivinə təşəkkür edir, Azərbaycan mətbəxini belə yüksək səviyyədə tanıtmağa davam etmələrini arzu edirik.

Ulusum.az /R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:55
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
Populyar Xəbərlər
İlham Əliyev Azərbaycan xalqına Novruz təbriklərini çatdırdı
Gürcüstanda matəm bu tarixədək davam EDƏCƏK
Bu Gün Miqrasiya Orqanları İşçilərinin Bayramıdır
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il ÖTÜR