İmişli Rayon Məhkəməsinin kollektivi şəhid ailəsini ziyarət edib
Məhkəmə sədri və hakimlər Vətən müharibəsi şəhidi İsa Məmmədlinin ailəsinə baş çəkiblər
29 sentyabr 2025-ci il tarixində İmişli Rayon Məhkəməsinin sədri Zaur Pirverdiyev, hakimlər Orxan Mahmud, Lətafət Ağakişiyeva, Gülsaba Ağayeva və məhkəmənin aparat işçiləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsində şəhid olmuş Məmmədli İsa Sarı oğlunun ailəsini ziyarət ediblər.

Ulusum.az-ın bölgə bürosunun İmişlidən verdiyi məlumata görə, ziyarət zamanı qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı döyüşlərdə şəhidlərimizin göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq.

Onlar bizlərə qələbə sevinci bəxş edərək canlarını Vətən uğrunda fəda ediblər. Şəhid ailələrinə diqqət və qayğı göstərmək isə hər birimizin mənəvi borcudur.
Görüş zamanı şəhidin ailəsinə başsağlığı verilib, xatirəsi ehtiramla anılıb.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
