Gəncədə doğum şöbəsini tarakanlar basıb - İDDİA
Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Ginekologiya və Doğum şöbəsində xoşbəxt anlar yaşayan anaların sevinci narahatedici mənzərə ilə müşayiət olunub.
Ulusum.az Gencexeber.az-a istinadən xəbər verir ki, xəstəxananın pasiyentlərindən daxil olan çoxsaylı şikayətlərə əsasən, şöbəni tarakanlar və digər həşəratlar basıb.
Burada müalicə alan qadınların iddialarına görə, palatalarda, hətta pasiyentlərin şəxsi dolablarında belə tarakanların dolaşdığı müşahidə olunur.
Onlar bildirirlər ki, bu vəziyyət sanitar normalara ziddir və ciddi narahatlıq doğurur.
Məsələ ilə bağlı narahatlıq təkcə estetik yönümlü deyil, həm də sağlamlıqla bağlıdır. Çünki tarakanlar müxtəlif xəstəliklərin daşıyıcısı ola bilər.
Bu isə xüsusilə doğuşdan sonra immuniteti zəif olan analar və yeni doğulmuş körpələr üçün daha təhlükəlidir.
Şikayətçilər bildirirlər ki, məsələ barədə həkim heyətinə və xəstəxana rəhbərliyinə dəfələrlə məlumat verilsə də, hələlik ciddi tədbir görülməyib.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
