28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan ordusu sonradan “Dəmir yumruq” adlanacaq əks-hücum əməliyyatına başlayıb.
Ulusum.az məlumat verir ki, münaqişənin ikinci günündə hərbi əməliyyatlar artmağa davam edib və regionda gərginlik kritik həddə çatıb.
Hər iki tərəf strateji ərazilər uğrunda gərgin mübarizə aparıb. Silahlı qüvvələrimiz Dağlıq Qarabağ və ətraf rayonlarda erməni mövqelərinə qarşı uğurlu əməliyyatlar aparıb.
Döyüşlər nəticəsində itkilərin qeydə alınması mülki əhalinin narahatlığına səbəb olub. Beynəlxalq ictimaiyyət münaqişənin dərhal sülh yolu ilə həllinə çağırıb. Eyni zamanda, bu günlər Azərbaycan xalqının birliyinin və möhkəmliyinin simvoluna çevrilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 28-də Ermənistan ordusunun üç silah-sursat anbarı, eləcə də onlarla texnikası və 550-dən çox hərbi qulluqçusu məhv edilib.
Düşmənə xeyli ziyan dəymiş Talış kəndi ətrafındakı əsas yüksəkliklər isə azad edilib.
Təəssüf ki, Tərtərdə gedən döyüşlər nəticəsində 3 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
