Papa Fransiskin Son Arzusu: Qəzzalı Uşaqlar Üçün Ümidə Çevrilən Avtomobil
Papa Fransiskin Betləhəmdəki səfəri zamanı istifadə etdiyi ağ rəngli Mitsubishi avtomobili Qəzza zolağındakı fələstinli uşaqlara tibbi yardım göstərmək məqsədilə mobil tibb kompleksinə çevriləcək. Bu barədə The New York Times məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, bu təşəbbüsə Papa Fransisk şəxsən ölümündən qısa müddət əvvəl razılıq verib.
Söhbət 2014-cü ildə Fələstin prezidenti Mahmud Abbas tərəfindən pontifikə hədiyyə edilən Mitsubishi markalı avtomobildən gedir. Papa səfərindən sonra avtomobil Fransiskan rahiblərinin ordeninə verilib. Daha sonra onun xeyir-duası ilə bu avtomobil katolik yardım təşkilatı Caritasın istifadəsinə keçib.
Mobil xəstəxana ideyası Caritas rəhbərliyinə məxsusdur. Layihə birbaşa pontifikə isveçli kardinal Anders Arborelius tərəfindən təqdim edilib. İndi isə, vaxtilə katolik kilsəsinin başçısını daşıyan bu unikal avtomobil, Qəzzada yaralılara yardım göstərmək, xəstə uşaqları müalicə etmək və humanitar böhran şəraitində fəaliyyət göstərmək üçün istifadə ediləcək.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq