Milli Təhlükəsizlikdə Qarmaqarışıqlıq: Uitkoff “Yox” Dedi
ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini tutmaqda maraqlı deyil. Bu barədə CNN telekanalı üç mənbəyə istinadla məlumat yayıb.
Mənbələrdən biri bildirib ki, Uitkoff bu vəzifəni istəmədiyini açıq şəkildə bildirib və onun ətrafı da Trampın ona bu postu təklif edəcəyini gözləmir.
Qeyd edək ki, 1 may tarixində Fox News xəbər vermişdi ki, hazırkı müşavir Mayk Uolts və onun müavini Aleks Vonq istefa veriblər. Bununla belə, Axios qeyd edib ki, Uolts hələ vəzifədən rəsmi olaraq ayrılmayıb, lakin yaxın günlərdə bu addımı ata bilər.
Politico-nun jurnalisti Ceyk Treylor isə bildirib ki, Stiven Uitkoff Tramp tərəfindən milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə əsas namizəd kimi nəzərdən keçirilir.
Xatırladaq ki, The Wall Street Journal martın 31-də yazmışdı: Mayk Uolts ABŞ-ın yüksəkçinli rəsmiləri ilə gizli çat yazışmasından məlumat sızması qalmaqalına görə həm Tramp, həm də Ağ Evdəki həmkarları arasında nüfuzunu sürətlə itirir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi