ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts istefa verdi
Fox News-un yaydığı məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq tutduqları vəzifədən istefa veriblər. Onların bu cümə axşamı vəzifələrini tərk etməsi gözlənilirdi. Hazırda Ağ Evdən məsələ ilə bağlı heç bir rəsmi şərh verilməyib.
Mart ayında Uolts böyük bir qalmaqalın mərkəzinə düşmüşdü. O, The Atlantic nəşrinin baş redaktoru Ceffri Qoldberqi məsafədən Pentaqonun husilərə (Yəməndəki yaraqlılar) qarşı hava zərbələri planı barədə aparılan gizli söhbətə təsadüfən əlavə etmişdi. Məlumat yayılaraq ictimailəşəndən sonra Uoltsun istefası məsələsi gündəmə gəlmişdi.
Sonradan aydın olub ki, müşavir jurnalisti səhvən söhbətə daxil edib – onun telefonunda Qoldberqin əlaqə məlumatları başqa bir şəxsin adı altında qeyd olunmuşdu. The Guardian bu şəxsin Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz olduğunu ehtimal edib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi