Ukraynada sülhməramlılar Avropanı müharibəyə sürükləyə bilərmi?
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ-da və BRİKS-ə daxil olmayan bəzi digər ölkələrdə Üçüncü dünya müharibəsinin başlanmasının yolverilməzliyi artıq dərk olunur. Bu barədə o, Braziliyada keçirilən BRİKS ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra danışıb. Xəbəri TASS yayıb.
“Xüsusilə ABŞ-ın vitse-prezidenti Cey Di Vens bu yaxınlarda bu barədə danışdı və Ukrayna rejimini müharibəni davam etdirməyə təhrik edənləri xəbərdar etdi,” – deyə Lavrov bildirib.
Lavrov həmçinin qeyd edib ki, Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi Avropanın Rusiya ilə birbaşa münaqişəyə cəlb olunmasına səbəb ola bilər.
Eyni gün Belarus prezidenti Aleksandr Lukaşenko da çıxış edərək bildirib ki, dünya mediasında gedən “şüur uğrunda mübarizə” istənilən an real müharibəyə çevrilə bilər.
🔹 BRİKS — hazırda 9 ölkədən ibarət bir birlikdir: Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, BƏƏ, Misir və Efiopiya. Təşkilat 2006-cı ilin iyununda Sankt-Peterburq iqtisadi forumunda yaradılıb.
2009-cu ildən bəri BRİKS ölkələrinin liderləri rəsmi sammitlər keçirir, həmçinin xarici işlər, maliyyə və digər sahələr üzrə nazirlərin də görüşləri baş tutur.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq