Papa Fransisk şənbə günü, aprelin 26-da dəfn olunacaq
Roma papası Fransiskin dəfn mərasimi 26 aprel şənbə günü saat 10:00-da başlayacaq, konklav isə 5-10 may arasında keçiriləcək.
"Ulusum".az Vatican News-a istinadən xəbər verir ki, vida və dəfn mərasiminin təşkilatçılığı məsələləri kardinallar tərəfindən 22 aprel səhəri Sinod zalında keçirilən konqreqasiyada müəyyənləşdirilib.
Xatirə mərasimini kurial kardinal Giovanni Battista Re idarə edəcək. 23 aprel çərşənbə günü saat 09:00-da Fransiskin cənazəsi Vatikanın Müqəddəs Marta Kappellasından Roma şəhərindəki Müqəddəs Pyotr Bazilikasına aparılacaq. Bu, papanın son iradəsi və "Ordo Exsequiarum Romani Pontificis" sənədinin yenilənmiş versiyasına uyğun olaraq həyata keçiriləcək.
Ehtimal olunur ki, 22 aprel tarixində İtaliya hökuməti ölkədə üç günlük milli matəm elan edəcək. Dəfn mərasimlərinin təşkilatçılığını isə İtaliyanın Vətəndaş Müdafiəsi Departamentinin rəhbəri Fabio Çiçilyano koordinasiya edəcək. Çiçilyano, 2005-ci ildə Papa II Yəhya Paulusun dəfnində də iştirak etmişdi.
Papa Fransisk öz vasiyyətində Roma şəhərindəki ən qədim kilsələrdən biri olan Santa-Maria-Majjore Kilsəsində dəfn edilməsini istəmişdi. Bu, adətən Roma katolik kilsəsinin başçılarının Vatikan ərazisində dəfn edilməsi ənənəsinə qarşı bir dəyişiklikdir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq