Texas məktəblərində senzura: Virtus tanrıçası “uyğun sayılmadı”
Texas ştatının bir dairəsində ibtidai sinif şagirdləri artıq Virciniya ştatının bayrağını öyrənməyəcəklər. Səbəb isə bayraqda bir sinəsi açıq şəkildə təsvir olunmuş Roma tanrıçasının yer almasıdır. The Guardian xəbər verir ki, Lamar dairəsində bu mövzu ötən il məktəbin onlayn platformasından çıxarılıb.
Qadağa əsasən 3–5-ci sinif şagirdlərinə aiddir.
Bayraqda Roma tanrıçası Virtus və onun məğlub etdiyi bir tiran təsvir olunub. Tanrıçanın çiynindən toga (Roma libası) sürüşüb və bir döşü açıq qalıb.
Texasda fəaliyyət göstərən “Oxuma Azadlığı” adlı ictimai təşkilat bunu “senzura ilə dolu, antiutopik bir cəhənnəmin yeni səviyyəsi” adlandırıb. Qurum bildirir ki, dairə rəsmi şəkildə bu bölmənin “kiçik sinif şagirdlərinə yönəlik materiallarda çılpaq bədən nümayişinə qadağa”ya görə silindiyini təsdiqləyib.
Qeyd olunur ki, bu məsələ 2010-cu ildə də mübahisələrə səbəb olmuşdu — Virciniya bayrağının məktəb materiallarında istifadəsi “ədəbsiz təsvir” kimi qəbul oluna bilərmi, sualı gündəmə gəlmişdi.
Virciniya ştatı bu bayrağı ilk dəfə 1776-cı ildə, Müstəqillik Müharibəsi dövründə qəbul edib. Həmin vaxt tanrıça Virtus qılınc və nizə ilə tiranı məğlub etmiş vəziyyətdə təsvir olunurdu. Bayraqda “Sic Semper Tyrannis” – “Tiranların aqibəti belə olar” sözləri yazılıb. Tiranın yanında bir tac yer alırdı və o, İngiltərə kralı III Corqu simvolizə edirdi.
1901-ci ildə Virciniya hakimiyyəti tanrıçanın qadın olduğunu aydın göstərmək üçün onun döşünün açıq şəkildə təsvir edilməsini tələb edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
“Azərbaycan Könüllülük Həftəsi 2025”in başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib – FOTOLAR
Mətbəx
Dünən, 13:00
Şirniyyata olan həvəsi azaldan QİDALAR
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Hər Gün Bir Az Daha Yaxşı Ola Bilərik
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi