Brüsseldən Putinə soyuq cavab: Real atəşkəs olsa, görərik

Avropa Komissiyasının (AK) mətbuat katibi Anitta Xipper Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi pasxa atəşkəsi ilə bağlı ehtiyatlı mövqe sərgiləyib.
“Ulusum”.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Rusiyanın aqressor kimi təcrübəsi var. Ona görə də biz ilk növbədə real hərbi əməliyyatların dayandırılmasını və uzunmüddətli atəşkəs üçün konkret addımları görməliyik,” – deyə Xipper bildirib.
O əlavə edib ki, Ukrayna qeyd-şərtsiz atəşkəsi qəbul etdiyini artıq bir aydan çoxdur elan edib və vurğulayıb ki, Rusiya istəsəydi, istənilən an döyüşləri dayandıra bilərdi.
“Biz Ukraynanın uzunmüddətli, ədalətli və hərtərəfli sülhə nail olmaq istəyini dəstəkləməyə davam edirik,” – deyə AK nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, 19 aprel tarixində Rusiya Prezidenti Vladimir Putin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə pasxa atəşkəsi elan edib. Onun sözlərinə görə, bu qərar “humanitar baxımdan” verilib. Döyüş əməliyyatları 19 aprel saat 18:00-dan 21 aprel gecə yarısına qədər dayandırılıb. Putin əlavə edib ki, Rusiya tərəfi Ukraynanın da atəşkəs elan edəcəyini gözləyir, lakin Rusiya Silahlı Qüvvələri istənilən hücum və təxribatlara hazır olmalıdır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 15:16
Ulusumun Mətbəxində: Badamburanın Ətri
Mətbəx
Dünən, 10:30
Toyuqlu Makaron
Mətbəx
Dünən, 10:08
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti
Mətbəx
1-10-2025, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO