Qaranlıq dosyalar işıqda: ABŞ-ın güvən itirən sirləri və Kennedilərin faciəsi
ABŞ-ın Milli Arxiv İdarəsi 1968-ci ildə senator Robert F. Kennedinin qətli ilə bağlı təxminən 10 min səhifəlik sənədi ictimaiyyətə təqdim edib. Bu qərar ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə dövlət sirrlərinin açılması kampaniyası çərçivəsində həyata keçirilib.
ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard qeyd edib ki, “Prezident Trampın liderliyi sayəsində Amerika xalqı federal hökumətin apardığı istintaqın nəticələri ilə ilk dəfə tanış olmaq imkanı əldə edir”.
Sənədlər arasında senatorun qatili Sirhan Sirhana aid əl yazmaları və qeydlərin şəkilləri də yer alır. Bu qeydlərdən birində, Los-Anceles Vergi Xidmətinin ünvanlandığı bir zərfin üzərində belə yazılıb: “RFK-dən qurtulmaq lazımdır, qardaşı kimi”.
İctimaiyyətə təqdim edilən 229 sənəd faylı indiyədək rəqəmsal formada mövcud deyildi. Bu sənədlərdə istintaqla bağlı sorğular, sübutların analizi və ekspert rəyləri yer alır.
Bundan əlavə, ABŞ hökuməti 35-ci prezident Con Kennedi və insan haqları fəalı Martin Lüter Kinqin qətlləri ilə bağlı daha əvvəl gizli saxlanılan sənədləri də yayımlayıb. Bu materiallar Trampın 2025-ci il 17 mart tarixli direktivi əsasında açıq elan edilib.
My Webpage

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq