Şoltsa yaxınlaşan şəxsə 4500 avro cərimə
Almaniyanın “Welt” nəşrinin verdiyi məlumata görə, Frankfurt hava limanına avtomobillə qanunsuz daxil olub Almaniya kansleri Olaf Şoltsa yaxınlaşaraq onu qucaqlayan şəxs 4500 avro məbləğində cərimələnib və sürücülük hüququndan məhrum edilib.
Hadisə 2023-cü ilin may ayında baş verib. Narkotik maddələrin təsiri altında olan 48 yaşlı yunan əsilli kişi, kanslerin mühafizəsini keçərək Frankfurt hava limanının ərazisinə qanunsuz daxil olub. Daha sonra o, uçuş-enmə zolağında hökumət təyyarəsinə yaxınlaşaraq Şoltsa əl uzadıb və onu qucaqlayıb.
Saxlanılarkən aparılan ekspress-test onun orqanizmində narkotik maddələrin olduğunu təsdiqləyib. Məhkəmədə kişi peşmanlığını ifadə edərək deyib: “Hər şey üçün üzr istəyirəm”.
Kansler Olaf Şolts hadisəyə sakit reaksiya verərək bildirib ki, özünü təhlükəsiz hiss edir. Lakin Almaniya Daxili İşlər Nazirliyi bu vəziyyəti "qəbuledilməz" adlandırıb. “Welt” yazır ki, bu insident Almaniyada kanslerin təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO