Ərdoğandan məhkəmə zəfəri: CHP lideri 75 min lirə təzminat ödəyəcək
Türkiyə siyasətində sözün gücü bir daha gündəmdədir. Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özelə qarşı açdığı məhkəmə prosesində qalib gəlib. Məhkəmənin qərarına əsasən, Özel prezidentə 75 min türk lirəsi (təxminən 3347 manat) məbləğində mənəvi təzminat ödəməli olacaq.
“Ulusum”.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın “X” sosial şəbəkəsində məlumat paylaşıb.
İşin səbəbi isə 2022-ci ilin aprelində, Çağlayan Ədliyyəsi qarşısında Özgür Özelin Ərdoğanı məhkəmə sisteminin müstəqilliyini pozmaqda ittiham etdiyi çıxışı olub. Məhkəmə həmin sözlərin prezidentin şəxsiyyətinə qarşı hücum olduğunu əsas gətirərək Özelin cərimələnməsinə qərar verib.
Amma bu iş hələ son deyil. Ərdoğan yaxın günlərdə daha bir təzminat iddiası ilə çıxış edib. Səbəb? CHP-nin qurultayında Özelin prezidentə "xunta lideri" deyə müraciət etməsi. Bu dəfə prezidentin tələb etdiyi təzminat məbləği 500 min lirədir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO