Putinə qarşı tribunal: Vəzifədəykən toxunulmaz qalır
Qərb ölkələrinin Haaqada yaratmaq istədiyi – Ukraynaya qarşı təcavüzlə bağlı xüsusi beynəlxalq tribunal Vladimir Putini yalnız o, prezidentlik postunu tərk etdikdən sonra mühakimə edə bilər. Bu, tribunalın ilkin layihəsində razılaşdırılan əsas şərtlərdən biridir. Eyni məhdudiyyət baş nazir Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrov üçün də keçərlidir.
“Ulusum”.az xəbər verir ki, Euronews-un məlumatına görə, bu qərar Avropa dövlətləri arasında güzəşt kimi qəbul edilib. Beləliklə, tribunal həmin şəxsləri ancaq fiziki olaraq məhkəməyə gələndə və ya vəzifələrindən getdikdən sonra təqib edə bilər.
Tribunalın yaradılması ilə bağlı texniki hazırlıqlar bu ilin martında Strasburqda keçirilən “Əsas Qrup” iclasında yekunlaşıb. Üç əsas sənəd artıq hazırdır:
– Tribunalın nizamnaməsi
– İdarəetmə prosedurları
– Ukrayna ilə ikitərəfli razılaşma
Bu sənədlərin mayın 9-da – Avropa Günü münasibətilə Kiyevdə imzalanması planlaşdırılır. Ardınca sənədlər Avropa Şurası Parlament Assambleyasına təqdim olunacaq və ratifikasiya üçün üçdə iki səs toplamaq lazım olacaq.
Hazırda 38-dən çox ölkə – o cümlədən Avropa İttifaqı – tribunal ideyasına dəstək verib. Bundan başqa, Kanada, Avstraliya, Yeni Zelandiya və Yaponiya da prosesə qoşula bilər. ABŞ isə hələlik tribunalda iştirak etmir — Tramp administrasiyasının Rusiyayla “sülh axtarma” siyasəti səbəbindən bu məsələyə ehtiyatla yanaşır.
Qeyd edək ki, tribunal Haaqada – digər beynəlxalq məhkəmələrlə eyni şəhərdə yerləşəcək. Beynəlxalq Cinayət Məhkəməsi daha əvvəl Rusiya prezidenti Vladimir Putinə qarşı ukraynalı uşaqların zorla deportasiyası ilə bağlı həbs orderi vermişdi.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO