İrqi və gender müxtəlifliyi sualı səbəbindən müsahibə kəsilib
“P1 Kultur” radio proqramının əməkdaşı isveçli jurnalist Emma Enqström "G20" filminin efirə çıxması ilə əlaqədar amerikalı aktrisa Viola Devis ilə təşkil edilmiş onlayn müsahibədə iştirak edib. Devis filmdə qaradərili ABŞ Prezidenti rolunu oynayır.
Lakin müsahibə gözlənilmədən yarımçıq kəsilib. Buna səbəb Enqströmün kino sənayesində irqi və gender müxtəlifliyi ilə bağlı sual verməsi olub.
“Ulusum”.az AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibədən əvvəl filmin PR şöbəsi jurnalisti siyasi mövzulardan çəkinməyə çağırıb. Buna baxmayaraq, Enqström bildirib ki, filmin özü açıq-aşkar siyasi xarakter daşıyır və qadınların, eləcə də fərqli etnik mənşəyə sahib insanların siyasətdəki rolunu gündəmə gətirir.
Jurnalist Devisdən Hollivudda müxtəlifliklə bağlı vəziyyətə dair fikirlərini soruşduqda, aktrisa bu suala cavab verməyib. PR xidmətin nümayəndəsi dərhal müdaxilə edərək müsahibəni bitirib. Həmçinin, filmin rejissoru Patrisiya Riggen ilə planlaşdırılan görüş də ləğv edilib.
Enqströmün sözlərinə görə, bu hadisə ABŞ kino sənayesində bu cür mövzuların nə qədər həssas və gərgin olduğunu əks etdirir. Hazırda ABŞ-da Disney də daxil olmaqla bir sıra böyük media şirkətlərinin müxtəliflik təşəbbüslərinin ayrı-seçkilik prinsipini pozub-pozmadığı ilə bağlı araşdırmalar aparılır.
Jurnalist, həm filmlə, həm də onun real istehsal konteksti ilə bağlı vacib suallar verməsinə imkan yaradılmadığı üçün məyusluğunu ifadə edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO