BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və “Codelandia” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
BDU-dan "Ulusum".az-a bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev BDU-nun 5 əsas prioritetindən birinin kompüter elmləri və riyaziyyat olduğunu deyib. O bildirib ki, BDU-nun çox güclü riyaziyyat məktəbi, tətbiqi riyaziyyat və kibernetika istiqamətində böyük uğurları var. Digər tərəfdən, kompüter elmlərinin öyrənilməsi, innovasiyayönümlü layihələrin həyata keçirilməsi günün tələbidir. Rektor bu baxımdan “Codelandia” MMC ilə birgə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib: “Codelandia” ilə birgə BDU-da informasiya texnologiyaları üzrə ustad dərsləri, simulyasiyalar, olimpiadalar, konfranslar keçirilə, kibertəhlükəsizlik sahəsində təlimlər təşkil oluna bilər”.
“Codelandia” MMC-nin direktoru Günel Cənnətova rəhbərlik etdiyi qurumun ölkəmizin innovativyönümlü tədris bazarında özünəməxsus yeri olduğunu qeyd edib. Direktor diqqətə çatdırıb ki, həm ölkə daxilində, həm də dünyanın texnologiya liderləri ilə qurulan tərəfdaşlıqlar əsasında yüksəksəviyyəli tədris və təcrübə proqramı formalaşdırmağa nail olunub. O, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt sahələrində BDU ilə birgə əməkdaşlığın ölkədə bu sahədə mütəxəssis hazırlığına mühüm töhfə verəcəyini bildirib.
Qeyd edək ki, memoranduma əsasən, tərəflər kibertəhlükəsizlik, süni intellekt, informasiya texnologiyaları, data analitika və digər sahələrdə birgə tədqiqatlar və layihələr həyata keçirəcək. Tədris proqramlarının yenilənməsi və təkmilləşdirilməsi, yeni ixtisaslar və ixtisasartırma proqramları üzrə müasir təhsil metodlarının tətbiqi, texnologiya üzrə birgə beynəlxalq və regional elmi konfransların, elmi-texniki sahələrdə mütəxəssis hazırlığı üzrə kursların və peşəkar inkişaf proqramlarının təşkili edilməsi, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin yaradılması da memorandumda əks olunub.
Xatırladaq ki, memorandumu BDU rektoru Elçin Babayev və “Codelandia” MMC-nin direktoru Günel Cənnətova imzalayıblar.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 18:00
COVID-19 peyvəndləri ABŞ bazarından yox ola bilər
Kriminal
Bu gün, 17:27
Azərbaycan sərhədində 62 kq narkotik ələ keçirildi
Maraqlı
Bu gün, 14:00
Uğursuzluqlar – gələcək uğurun açarıdır
Sağlamlıq
Bu gün, 13:30
Mikroplastiklər yeməyimizə necə düşür?
Dünya
Bu gün, 12:30
Tramp qlobal müharibə ssenarisini inkar etdi
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində