Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası TÜRKİYƏDƏ
Bu ilin 17 may tarixində Türkiyə Respublikasının Ankara şəhərində Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatı (BTK), Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzi (USOM), Türkiyə Kiber Təhlükəsizlik Klastrı və sahə üzrə fəaliyyət göstərən bir sıra Türkiyə şirkətlərinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə “Hacktrick” adlı kibertəhlükəsizlik konfransı və 19 may tarixinədək davam edəcək yarış və təlimlərin açılış tədbiri baş tutub.
Ulusum.az xəbər verir ki, açılış tədbirində Türkiyənin aidiyyəti qurum və təşkilatlarının rəhbərləri və rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edib. O, Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi, eləcə də ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı mübarizə sahəsində atılmış addımlar barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində baş tutan andiçmə mərasimində etdiyi çıxışa diqqət çəkən D.Rüstəmov kibertəhlükəsizliyin təmin olunmasında beynəlxalq və regional əməkdaşlığın, xüsusilə də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra, kibertəhlükəsizliklə əlaqədar bir sıra çıxışlar və panel müzakirələri baş tutub. Konfransda, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın aidiyyəti qurum və təşkilatlarının nümayəndələrinin iştirakı ilə ayrıca panel müzakirəsi təşkil olunub. Panel müzakirələrinin təşkilatçılığına dəstək vermiş Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov və Baş katib Fidan Əhmədova tərəfindən təmsil olunub. AKTA sədri paneldə çıxış edərək Azərbaycan Respublikasında kibertəhlükəsizliyin təmin olunması məqsədilə atılmış addımlar və bu sahədə AKTA-nın fəaliyyəti, eləcə də TDT ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə tutulmuş fəaliyyətə dair məlumat verib.
Qeyd olunduğu kimi, 19 may tarixinədək Ankarada davam edəcək silsilə tədbirlər çərçivəsində tələbə və gənclər üçün kibertəhlükəsizlik təlimləri və CTF yarışı da təşkil olunur. Təlimlər və CTF yarışında Türkiyə Respublikasından olan gənclərlə yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan tələbə və gənclər də iştirak edir.
Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı (TDT) kontekstində kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək növbəti tədbir - 3-cü Milli Kibertəhlükəsizlik Forumu isə cari ilin 1 iyun tarixində AKTA tərəfindən Bakıda təşkil olunacaq.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO