Fransada 21 yaşlı motosikletçi yarış zamanı faciəvi şəkildə həlak olub

Fransada keçirilən “Gurp TT” motoyürüşü faciə ilə nəticələnib.
AZƏRTAC-a istinadən Ulusum.az xəbər verir ki, 21 yaşlı motosikletçi Rafael Şole Qreyan-Lopital kommunasında təşkil olunan yarış zamanı keçirdiyi ağır qəza nəticəsində həyatını itirib.
İnsident zamanı onu digər iştirakçı vurub, Şole motosikletindən yıxılıb və yarış dərhal dayandırılıb. İdmançının vəziyyəti ağır qiymətləndirildiyi üçün o, helikopterlə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, Fransada motokros yarışları zamanı baş verən ilk faciəvi hadisə deyil. 2019-cu ildə La-Boss-de-Bretanda keçirilən turnirdə 23 yaşlı Boris Prudom da qəza qurbanı olmuşdu.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib